"Qarabağ"ın üzvləri Xankəndi şəhərinə səfər ediblər

"Qarabağ"ın üzvləri Xankəndi şəhərinə səfər ediblər

“Qarabağ” klubunun futbolçuları, məşqçi heyəti və rəsmilərinin işğaldan azad olunmuş bölgələrə səfəri davam edir.

“QELEBE.AZ”un bölgəyə ezam olunan əməkdaşının məlumatına görə, Ağdam komandasının və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutan səfər çərçivəsində növbəti görüş Xankəndidə gerçəkləşib.

Burada da böyük marağa səbəb olan "köhlən atlar"ın kollektivi yerli sakinlərin sevgi göstəriləri ilə qarşılaşıblar.

Xankəndi sakinləri futbolçu və məşqçi heyəti ilə şəkil çəkdirməyi də unutmayıblar.

Ardınca kollektiv Qarabağ Univetsitetində yaradılmış şəraitlə yaxından tanış olub. Klub üzvləri burada tələbələrlə görüşüblər.

Görüş zamanı çıxış edən Qarabağ Universtetinin rektoru Şahin Bayramov "Qarabağ" klubunu Xankəndi şəhərində görməkdən məmnun olduğunu, belə səfərlərin tez-tez baş tutmasını arzuladığını deyib:

"Sizi bu gün burada görməkdən olduqca məmnunuq. Tələbələrin də sevincini hiss etməmək mümkün deyil. Bu səfərə görə "Qarabağ" klubunun rəhbərliyinə və Gənclər və İdman Nazirliyinə təşəkkür edirik".

Tələbələrlə görüşdən şad olduğunu dilə gərirən "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov qonaqpərvərliyə görə Qarabağ Universtetinin rəhbərliyinə minnətdarlığını çatdırıb.

Qeyd edək ki, "Qarabağ" klubunun üzvləri bundan öncə Şuşa şəhər stadionunda şəhər sakinləri və Şuşa 1 saylı tam orta məktəbin şagirdləri ilə görüşüblər.

Futbol
Klublar Komitəsinin növbəti iclası keçirilib

Klublar Komitəsinin növbəti iclası keçirilib

Futbol
AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

Futbol
Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Azərbaycanın futzal yığmasının oyunları Bosniya və Herseqovinada keçiriləcək

Futbol
PFL stadionlardakı projektor problemini həll etmək istəyir

PFL stadionlardakı projektor problemini həll etmək istəyir

Futbol
Messi PSJ-nin 3 oyununu buraxacaq

Messi PSJ-nin 3 oyununu buraxacaq

Futbol
BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

BMT səfiri İranı dünya çempionatından uzaqlaşdırmaq üçün FIFA-ya müraciət edib

Futbol
"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

"Mançester Siti"nin futbolçusu 17 ildən sonra Benzemanın rekordunu qırıb

Futbol
"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib

"Qarabağ"a uduzan "Olimpiakos" avrokuboklardakı antirekordu yeniləyib

Futbol
"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

"Frayburq"un baş məşqçisi koronavirusa yoluxub

Futbol
Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Azərbaycan millisi FIFA reytinqində irəliləyib

Futbol
Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Azarkeşin ürəyi tutub, “Barselona”nın oyunu dayandırılıb

Futbol
Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb

Avstriya - Azərbaycan oyunu üçün bilet satışı təxirə salınıb