Beyl “Kardiff”i almaq niyyətində olduğunu təsdiqləyib

Beyl “Kardiff”i almaq niyyətində olduğunu təsdiqləyib

“Real”ın keçmiş vingeri, hazırda isə amerikalı özəl investorlar qrupuna rəhbərlik edən Qaret Beyl ötən mövsüm İngiltərə Çempionşipində çıxış etmiş Uels klubu “Kardiff”i almaq istəyini təsdiqləyib.

“QELEBE.AZ” xəbər verir ki, bu barədə “Goal” məlumat yayıb.

“Biz həqiqətən "Kardiff"i almaqda maraqlıyıq. Bu mənim doğma klubumdur, mən orada böyümüşəm, əmim də vaxtilə onun üçün oynayıb. Mənim üçün klub sahibləri qrupunun bir hissəsi olmaq əsl xəyal olardı.

Bu klub mənim qəlbimdədir. Mən Kardiffdə böyümüşəm və klubun inkişafında və onu Premyer Liqaya qaytarmaqda iştirak etmək istərdim, onun yeri oradır. Mən “Kardiff”in və Uelsin necə heyrətamiz azarkeşlərə sahib olduğunu bilirəm. Birlikdə nəsə etmək əla olardı”, – Beyl bildirib.

Onun sözlərinə görə, hazırda konsorsium klubla əlaqə qurmağa çalışır.

“Kardiff” və “Plimut” ötən mövsümün nəticələrinə görə Çempionşipdən düşüblər. Komandalar İngiltərənin ikinci ən güclü divizionunun turnir cədvəlində son iki yeri tutublar.

Futbol
Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Avropa Liqası: "Qarabağ"ın müdafiəçisi ilk "5-lik"də yer alıb

Futbol
Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Arsen Venger Azərbaycan millisinin qrupunu dəyərləndirib

Futbol
"Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər olub

"Neftçi"nin Müşahidə Şurasının tərkibində dəyişikliklər olub

Futbol
Mahmud Qurbanov: "Komandanı azlıqda qoyan futbolçu ilə söhbətimiz olacaq"

Mahmud Qurbanov: "Komandanı azlıqda qoyan futbolçu ilə söhbətimiz olacaq"

Futbol
De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

De Byazi: “3 təklifi rədd edib Azərbaycanda qaldım”

Futbol
Ötən ilin simvolik komandası açıqlanıb

Ötən ilin simvolik komandası açıqlanıb

Futbol
Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Serbiya klubu ilə qarşılaşacaq

Çempionlar Liqası: "Araz-Naxçıvan" bu gün Serbiya klubu ilə qarşılaşacaq

Futbol
"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

"Barselona"nın sabiq futbolçusu "Çelsi"yə keçir

Futbol
Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Tərlan Əhmədov: "Kaş, pis oynayıb qalib gələrdik"

Futbol
Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Konfrans Liqası: Türkiyəli futbolçu həftənin ən yaxşısı adına namizəd olub

Futbol
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş turnirə start verilib

Futbol
"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb

"Araz-Naxçıvan"ın Çempionlar Liqası üçün heyəti açıqlanıb