Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti: "UFC Fight Night"ın təşkilatçılığı yüksək səviyyədə idi"

Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti: "UFC Fight Night"ın təşkilatçılığı yüksək səviyyədə idi"

Azərbaycanda “UFC Fight Night” turniri yüksək səviyyədə təşkil olunub.

Bunu “QELEBE.AZ”a Azərbaycan MMA və Qrapplinq Federasiyasının prezidenti Azad Əsgərov bildirib.

O, azərbaycanlı döyüşçülərdən Nazim Sadıxov və Rafael Fiziyevin gözlənildiyi kimi çıxış etdiyini və qələbə qazandıqlarını vurğulayıb:

“Nazim Sadıxov və Rafael Fiziyev haqqında necə fikirləşmişdiksə, elə də oldu. Yalnız Tofiq Musayev problem yaşadı, gözlənilmədən uduzdu. O, güləşdə rəqibinə məğlub oldu. Hər birimiz döyüşlərdə uduzmuşuq və ya qələbə qazanmışıq. Lakin uduzmaq zəiflik deyil. Tofiqin hələ qarşıda döyüşləri və müqaviləsi var. İnşallah, özünü təsdiq edər və bizi sevindirər. Təcrübəli idmançıdır, bunu özü də anlayır. Əslində Tofiq döyüşdən imtina edə bilərdi. Çünki rəqibi əvvəlcədən razılaşdırılandan daha artıq çəki ilə gəlmişdi. Lakin mərdlik göstərdi və vuruşdu. Sübut etdi ki, onun üçün rəqibin durumunun fərqi yoxdur. Nazimin döyüşü də maraqlı oldu. Həmçinin Rafaelə böyük diqqət göstərilirdi. Təbii ki, Azərbaycan təmsilçilərinə, onların hər bir hərəkətinə, xırdalıqlara fikir verirdik. Səhv buraxmamalarını və qələbə qazanmalarını istəyirdik. Hər ikisi ilə bağlı gözləntilər özünü doğrultdu və qələbə qazandılar”.

Qurum rəhbəri Camal Hill və Halil Rountri arasında baş tutan gecənin əsas döyüşü haqqında da danışıb:

“Tofiq haqqında dediyim kimi, digər idmançılar da oxşar situasiyalarla üzləşə bilərlər. Məsələn, idmançı amerikalıdırsa, saat fərqi rol oynaya bilər. Uyğunlaşma olmalıdır. Düzdür, düşünə bilərik ki, 10 gündür Bakıdadırlar. Ancaq onların uyğunlaşıb-uyğunlaşmadıqlarını bilmək olmaz. Bəlkə fikirləri yayınıb. Çünki həmin idmançıları tanımırıq. Onları daha yaxşı tanıyanlar dəqiq fikir bildirə bilərlər. Bəlkə də döyüş tərzləri belədir. Üstəlik, yaşlandıqca fiziki durumda dəyişiklik ola bilər. Birini pisləyib digərini tərifləyə bilmərik”.

Federasiya rəhbəri hakimlərlə bağlı düşüncələrini də bölüşüb:

“Rusiyalı Taqir Ulanbekovla qazaxıstanlı Maksum Azatın döyüşünə toxunmaq istərdim. Fikrimcə, Azat rəqibindən daha fəal və üstün idi. Təbii ki, bu, şəxsi fikrimdir. Hakimlər öz düşüncələrinə görə qərar veriblər. İdmanda olduğum üçün deyirəm, mən qələbəni qazaxıstanlı döyüşçüyə verərdim. Döyüş başabaş gedirsə, kim daha fəal və hərəkətlidirsə, hansı idmançının zərbələri güclüdürsə, qələbə də ona veriməlidir. Düşünürdüm ki, Qazaxıstan idmançısı qalib gələcək. Qələbənin nə üçün rusiyalı idmançıya verilməsi mənə qaranlıq qaldı”.

O, “UFC Fight Night” turnirinin təşkilatçılığını yüksək qiymətləndirib:

“Yarışla bağlı təəssüratlarım ümumilikdə çox gözəldir. Təşkilatçılar hər xırdalığa fikir vermişdilər. Ab-hava gözəl idi. Zala minlərlə insan gəlmişdi. Həmçinin təşkilatçılıq yüksək səviyyədə idi. Həqiqətən Azərbaycanda belə yarışlar zamanı təşkilatçılıq yüksək olur. Xaricdən gələn elə bir şəxs ola bilməz ki, buradan narazı getsin. Azərbaycan həqiqətən təşkilatçılığı ilə dünyaya səs salır. Bu həm də ölkəmiz üçün bir reklamdır”.

Qeyd edək ki, Bakı Kristal Zalında baş tutan “UFC Fight Night” turnirində Azərbaycan idmançılarından Nazim Sadıxov braziliyalı Nikolas Mottaya, Rafael Fiziyev Çilidən olan İqnasio Bahamondesə qalib gəlib. Tofiq Musayev isə Qırğızıstandan olan Mıktıbek Orolbai ilə dueldən məğlub ayrılıb.

Turnirin əsas görüşündə ABŞ təmsilçiləri Camal Hill və Halil Rountri üz-üzə gəliblər. Yarım ağır çəkidə baş tutan qarşılaşma beş raund davam edib. H.Rountri yekunda qalib elan olunub.

Fərdi
Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı beynəlxalq turnirdə bürünc medal qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Avropa çempionatı: Azərbaycanın cüdo millisi bu gün Avstriya ilə üz-üzə gələcək

Fərdi
Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Azərbaycan güləşçisi: "Ağır çəkidəki idmançılar ağrı-acıya dözümlü deyillər"

Fərdi
Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərid Xəlilov: "Ölkə çempionatının bir turunu azad edilmiş ərazilərə sala bilərik"

Fərdi
"Shusha Chess 2022" turnirinin püşkü atılıb

"Shusha Chess 2022" turnirinin püşkü atılıb

Fərdi
Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Putin ŞƏT-ə üzv ölkələr arasında idman yarışlarının təşkilini təklif edib

Fərdi
Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Avropa çempionatının ikinci günü Azərbaycan cüdoçuları üçün uğursuz olub

Fərdi
Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Azərbaycanın veteran cüdoçuları Dünya çempionatının 2-ci günündə 7 medal qazanıb

Fərdi
Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Fərdi
Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Azərbaycanda qızlar üçün cüdo klubu fəaliyyətə başlayıb

Fərdi
Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Azərbaycan karateçisi Premyer Liqanın finalına vəsiqə qazanıb

Fərdi
Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb

Avropa çempionatı: Azərbaycan ağırlıqqaldıranı 3 medal qazanıb