“Kəpəz” rəsmisi: “Panatinaikos”un skaut sistemi ilə maraqlandıq"

“Kəpəz” rəsmisi: “Panatinaikos”un skaut sistemi ilə maraqlandıq"

“Kəpəz”in İdarə Heyətinin üzvü, idman məsələləri üzrə müşavir Erkin İbrahimov Yunanıstanın “Panatinaikos” klubunun rəhbərliyi ilə baş tutan görüş haqqında fikirlərini bölüşüb.

Gəncə klubunun rəsmisi bu barədə “Report”a açıqlama verib.

“Təşəbbüs İdarə Heyətinin sədri Namiq Qədirovdan gəlmişdi. Onun əlaqələri var. Klub rəhbəri ilə görüşdük. Bu görüş daha çox tanışlıq xarakteri daşıyırdı. Sloveniyanın “Sele” klubu ilə əməkdaşlıq müqaviləsi bağlanmışdısa, “Panatinaikos” rəhbərliyi ilə, sadəcə, perspektivlər müzakirə olundu. Daha çox aşağı yaş qrupları barədə danışdıq. Elə həmin gün aşağı yaş qruplarının oyunlarını birlikdə izlədik. İş prinsiplərini, gələcəkdə oyunçu mübadiləsi perspektivlərini də müzakirə etdik. Bundan əlavə, aşağı yaş qruplarından ibarət komandaların hansısa turnirlərdə iştirak etməsi haqqında da söhbətimiz oldu”, - deyə o bildirib.

“Kəpəz”in İdarə Heyətinin üzvü “Panatinaikos”un skaut sistemi ilə maraqlandıqlarını söyləyib:

“Əsas komandalara gəlincə, düzdür, hazırda statuslar, büdcələr çox fərqlidir. Skaut prinsipləri isə hər yerdə eynidir. “Panatinaikos”un skaut sistemi ilə maraqlandıq. Futbolçunun təklif olunmasından müqavilə imzalamasına qədər olan proseslərlə bağlı danışdıq. Yunanıstan klubunun bir çox futbolçuları fərqli klublarda icarə əsasında çıxış edirlər. Gənc futbolçuları var və onları da nəzərdən keçirəcəyik”.

E.İbrahimov başqa klublarla da əməkdaşlıq olacağını vurğulayıb:

“Yaxın planda hələ ki, başqa klubla əməkdaşlıq məsələsi yoxdur. Ancaq olacaq. Yəni bu, strateji hədəf olaraq rəhbərlik tərəfindən seçilir. Namiq müəllim bu məsələlərə böyük önəm verir. Hazırda elə dönəmdir ki, başımız daha çox klubumuza qarışıb. Buna baxmayaraq, vaxtaşırı əməkdaşlıqlar olacaq. “Sele” ilə əməkdaşlıqdan artıq müəyyən fayda görməyə başlamışıq. Bakıya gəldikdən sonra “Sele” rəsmiləri ilə görüş də nəzərdə tutulub”.

Qeyd edək ki, “Kəpəz” və “Panatinaikos” rəhbərliyi arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Daha əvvəl isə Sloveniyanın “Sele” klubu ilə əməkdaşlıq müqaviləsi imzalanıb.

Futbol
KİV: Braziliya futbolçuları arasında virus yayılıb

KİV: Braziliya futbolçuları arasında virus yayılıb

Futbol
Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Konfrans Liqası: Bu gün II turun oyunları keçiriləcək

Futbol
Abdullah Zubir: "Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq"

Abdullah Zubir: "Son dəqiqələrdə qol buraxdığımız üçün məyusuq"

Futbol
Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Lionel Messi PSJ ilə danışıqlara başlayıb

Futbol
Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Xayme Romero: "Tezliklə "Qarabağ"dakı formamı bərpa edəcəyəm"

Futbol
Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Azərbaycan millisinin futzalçısı: "Polşa qrupda əsas rəqibimizdir"

Futbol
DÇ-2022: Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək

DÇ-2022: Qrup mərhələsinin III turunda daha 4 oyun keçiriləcək

Futbol
Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Portuqaliya millisinin baş məşqçisi istefaya göndərilib

Futbol
Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Messi və Di Mariya 84 illik uğuru təkrarlayıblar

Futbol
Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Ukrayna millisinin sabiq futbolçusu "Şaxtyor"a qayıdıb

Futbol
Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

Meksikada futbolçu oyun vaxtı infarktdan ölüb

Futbol
2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb

2022-ci ilin ən çox maaş alan futbolçusu açıqlanıb