“Zirə”nin Konfrans Liqasındakı rəqibi - 114 yaşlı "Dəniz lordları" - TANITMA

“Zirə”nin Konfrans Liqasındakı rəqibi - 114 yaşlı "Dəniz lordları"  - TANITMA

UEFA Konrans Liqasının I təsnifat mərhələsində “Zirə”yə rəqib olan “Hayduk” klubu 1911-cu ildə yaradılıb.

“Report” xəbər verir ki, Split şəhərini təmsil edən kollektiv həmin vaxt Çexiyanın paytaxtı Praqada təhsil alan bir qrup gənc tərəfindən yaradılıb və komandaya "Hayduk" adı verilib.

"Dəniz lordları" ləqəbli komanda 1979-cu ildən ev oyunlarını 35 min azarkeş tutumuna malik "Poljud" stadionunda keçirir. 114 yaşlı klubun qitə kuboklarında ciddi uğuru yoxdur. Komanda ən yaxşı halda 1/4 finalda mübarizə aparıb.

9 dəfə Yuqoslaviya, 6 dəfə isə Xorvatiya çempionu olan komandanı hazırda ispaniyalı mütəxəssis Qonsalo Qarsiya çalışdırır. Marin Brbiçin prezidenti olduğu "Hayduk" ötən mövsüm ölkə çempionatında 63 xalla üçüncü pilləni tutmaqla Konfrans Liqasında iştirak etmək hüququ qazanıb.

Komandanın heyətinə nəzər saldıqda, vaxtilə "Barselona"nın heyətində Çempionlar Liqasının qalibi olmuş İvan Rakitiçi görmək olar. Ötən ildən komandanın heyətinə cəlb edilən 37 yaşlı yarımmüdafiəçi 2007-ci ildən 2019-cu ilə qədər Xorvatiya yığmasının da şərəfini qoruyub.

"Hayduk"un əsas komandası heç vaxt Azərbaycan təmsilçiləri ilə beynəlxalq yarışlarda üz-üzə gəlməyib. Yalnız 19 yaşadək futbolçulardan ibarət kollektivi 2022-ci ildə UEFA Gənclər Liqasının I mərhələsində "Qəbələ" ilə qarşılaşıb. Hə iki matç (3:0, 2:1) rəqibin xeyrinə başa çatıb.

Qeyd edək ki, UEFA Konfrans Liqasında II təsnifat mərhələsinin görüşləri iyulun 24-ü və 31-də keçiriləcək. "Zirə" ilk matçı evdə, cavab görüşünü səfərdə keçirəcək.

Futbol
Səudiyyəli futbolçunun qapıçısı ilə toqquşması nəticəsində çənəsi sınıb

Səudiyyəli futbolçunun qapıçısı ilə toqquşması nəticəsində çənəsi sınıb

Futbol
"Qarabağ"ın rəqibi heç-heçə edib

"Qarabağ"ın rəqibi heç-heçə edib

Futbol
Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Avropa Liqası: "Arsenal"ın oyunu təxirə salınıb

Futbol
UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

UEFA "Qarabağ"a böyük məbləğdə ödəniş edib

Futbol
İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Liverpul”a qalib gəlib

İngiltərə Liqa Kuboku: “Mançester Siti” “Liverpul”a qalib gəlib

Futbol
FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

FIFA prezidenti transfer bazarında dəyişikliklər olacağını açıqlayıb

Futbol
Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Konfrans Liqası: Bu gün pley-offun bütün iştirakçıları bəlli olacaq

Futbol
"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

"Qarabağ"ın rəqibi yeni müdafiəçi transfer edib

Futbol
Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Çempionlar Liqası: "Bavariya"dan darmadağın, "Marsel" ilk qələbəsini qazanıb

Futbol
Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Mahmud Qurbanov: "Sonuncu yerdəyiksə, çox danışmağa dəyməz"

Futbol
DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

DÇ-2022: Oyunlar zamanı pivə satışına qadağa tətbiq ediləcək

Futbol
Perulu məşhur futbolçu karyerasını başa vurub

Perulu məşhur futbolçu karyerasını başa vurub