Qazaxıstanlı məşqçi: "Azərbaycanın taekvondo millisi ilə sıx əlaqələrimiz, dostluq münasibətlərimiz var"

Qazaxıstanlı məşqçi: "Azərbaycanın taekvondo millisi ilə sıx əlaqələrimiz, dostluq münasibətlərimiz var"

Azərbaycan və Qazaxıstanın taekvondo millilərinin sıx əlaqələri və dostluq münasibətləri var.

"Report" xəbər verir ki, bu sözləri Bakıda təlim-məşq toplanışında olan Qazaxıstan komandasının məşqçisi Mura Nazarov Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətinə açıqlamasında deyib.

Mütəxəssis Aktau şəhərindən gəldiklərini bildirib:

"Biz "Jas batır" klubunu təmsil edirik. 68 kq çəki dərəcəsində kişilər arasında çıxış edən komandamızın bir üzvü milli komandanın heyətində ikinci nömrə olaraq yer alır. Bir qadın idmançımız da 57 kq çəki dərəcəsində yığmanın ikinci üzvüdür. Azərbaycan millisi ilə sıx əlaqələrimiz, dostluq münasibətlərimiz var. İdmançılarınızı yaxından tanıyırıq. Həm kişi, həm də qadın taekvondoçularınız yaxşı çıxış edirlər, yarışlarda nəticələr qazanırlar. Yeri gəlmişkən, sizi Qaşım Maqomedovun olimpiadada gümüş medal qazanması münasibəti ilə təbrik edirəm. İyulda Qazaxıstan Kuboku keçiriləcək. Biz burada həmin yarışa hazırlaşırıq".

Qeyd edək ki, Qazaxıstan taekvondoçuları böyüklər və gənclərdən ibarət Azərbaycan millisi ilə birgə təlim-məşqlərdə iştirak edirlər. İyunun 26-dək davam edəcək hazırlıq prosesi çərçivəsində komandalar arasında qarşılıqlı təcrübə mübadiləsi aparılır.

Fərdi
Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Azərbaycan Tennis Federasiyasının seçki iclası olacaq

Fərdi
Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Rusiyalı cüdoçu Azərbaycan millisinə cəlb olunub

Fərdi
Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi olub

Beyləqanda qətlə yetirilən şəxs tanınmış güləşçinin ilk məşqçisi olub

Fərdi
Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərid Qayıbov: "Yeni mükafat sistemi idmançıların və federasiyaların inkişafına dəstək olacaq"

Fərdi
Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Azərbaycan taekvondoçuları Niderland çempionatında iştirak edəcəklər

Fərdi
Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Elxan Məmmədov: "Fərdi yarışlar zamanı qışqırmaqdan boğazım tutulub"

Fərdi
ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

ACF-in vitse-prezidenti: "Artıq yarışlara qalib ölkə kimi gedirik"

Fərdi
"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub

"Champions Showdown-2022" turniri: Şəhriyar Məmmədyarov 3-cü yeri tutub

Fərdi
Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Azərbaycan boksçusu dünya çempionatında növbəti qələbəsini qazanıb

Fərdi
Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Azərbaycanın taekvondo yığması Avropa çempionatında tarixi uğura imza atıb

Fərdi
Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Yarış zamanı ayağı sınan Azərbaycan xizəkçisi əməliyyat olunub

Fərdi
Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”

Fərid Qayıbov: “Azərbaycan futbolunda güclü islahatlar lazımdır”