UFC Bakı Gecəsinin ulduzu Camal Hill artıq paytaxtdadır!
21 iyun tarixində Bakı Kristal Zalında keçiriləcək “UFC on ABC: Hill vs. Rountree Jr.” döyüş gecəsinin əsas döyüşçüsü , yarım ağır çəki dərəcəsində keçmiş çempionu Camal Hill artıq Bakıya gəlib.
QELEBE.AZ xəbər verir ki, döyüşçü komandası ilə birlikdə ölkəmizdədir.
UFC-nin Azərbaycan tarixində ilk dəfə keçiriləcək bu möhtəşəm gecəsində çıxış edəcək Hill, azarkeşlərin səbirsizliklə gözlədiyi qarşılaşmaya yüksək motivasiya ilə hazırlaşır.

https://qelebe.az//uploads/photo/ufc-baki-gecesinin-ulduzu-camal-hill-artiq-paytaxtdadir.webp