Qızıl Avropa Liqası: Azərbaycanın voleybol millisi bu gün növbəti matçına çıxacaq
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Qızıl Avropa Liqasında növbəti oyununu keçirəcək.
"QELEBE.AZ"un məlumatına görə, yığma Xorvatiyada Rumıniya ilə üz-üzə gələcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 18:30-da start götürəcək.
Qeyd edək ki, Faiq Qarayevin baş məşqçisi olduğu kollektiv daha əvvəl Macarıstan, Sloveniya və Slovakiyaya 0:3, Monteneqro və Xorvatiyaya isə 1:3 hesabı ilə uduzub.

https://qelebe.az//uploads/photo/qizil-avropa-liqasi-azerbaycanin-voleybol-millisi-bu-gun-novbeti-matchina-chixacaq.webp











