Sanenin “Qalatasaray”la müqaviləsinin detalları müəyyənləşib

Sanenin “Qalatasaray”la müqaviləsinin detalları müəyyənləşib

Daha əvvəl xəbər verdiyimiz kimi, "Qalatasaray" "Bavariya"nın futbolçusu Leroy Saneni heyətinə qatıb.

Apasport.az xəbər verir ki, tərəflər arasında müqavilənin detalları müəyyənləşib.

29 yaşlı vinger ‘Qalatasaray’la 3 illik müqaviləyə imza atıb və hər mövsüm üçün 9 milyon avro maaş alacaq.

Qeyd edək ki, Almaniya millisinin üzvü iyulun 1-dən etibarən İstanbul klubunun rəsmi üzvü olacaq.