"Tottenhem" Postekoğlunu göndərdi, onu gətirdi

"Tottenhem" Postekoğlunu göndərdi, onu gətirdi

Futbol üzrə İngiltərə Premyer Liqa klublarından "Tottenhem"in yeni baş məşqçisi bəlli olub.

Apasport.az xəbər verir ki, London klubu Tomas Franka həvalə olunub.

O bu postda Ange Postekoğlunu əvəzləyib.

"Spurs" keçid üçün Frankın klubu "Brentford"a 10 milyon funt sterlinqə yaxın sərbəstqalma məbləği ödəyib.

"Brentford" ötən mövsüm 51 yaşlı danimarkalı mütəxəssisin rəhbərliyi altında Premyer Liqanı 10-cu pillədə tamamlayıb.