“Qarabağ”da növbəti ayrılıq - RƏSMİ

“Qarabağ”da növbəti ayrılıq - RƏSMİ

Misli Premyer Liqası təmsilçilərindən "Qarabağ"da növbəti ayrılıq yaşanıb.

QELEBE.AZ xəbər verir ki, Ağdam təmsilçisi Patrik Andrade ilə yollarını ayırıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Kabo-verdeli yarımmüdafiəçinin Ağdam təmsilçisi ilə müqaviləsi başa çatıb.

Patrik Andrade ötən mövsüm "Qarabağ"ın heyətində meydana çıxdığı 39 rəsmi matçda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, "Qarabağ" daha əvvəl Yassin Benzia ilə də yollarını ayırmışdı.