Azərbaycan millisinin futbolçusu: “Addım-addım irəli getdiyimizi düşünürəm"

Azərbaycan millisinin futbolçusu: “Addım-addım irəli getdiyimizi düşünürəm"

Azərbaycan millisinin futbolçusu Ceyhun Nuriyev iyunun 7-də Latviya (0:0), 10-da isə Macarıstan (1:2) yığmalarına qarşı keçirilən yoxlama oyunlarını dəyərləndirib.

24 yaşlı yarımmüdafiəçi “QELEBE.AZ”a açıqlamasında Macarıstan millisinə qarşı daha yaxşı oyun sərgilədiklərini vurğulayıb.

“Macarıstanla oyunun daha yaxşı keçdiyini düşünürəm. Baxmayaraq ki, bu görüşdə məğlub olduq. Komandamız hücumlarda daha fəal idi. Əsasən də ikinci hissədə. Ümumilikdə komanda döyüşkənlik göstərdi. Hər iki matçda qələbə qazanmaq üçün vuruşduq. Təəssüf ki, alınmadı. Nəticələri bizim üçün yaxşı saymaq olmaz. Amma əvvəlki oyunlarla müqayisədə addım-addım irəli getdiyimizi düşünürəm”, - deyə futbolçu bildirib.

O, Latviya ilə matça da toxunub:

“Latviya ilə oyunda üstün tərəf biz idik, ümumiyyətlə, rəqib bir neçə epizod istisna, demək olar ki, qol vəziyyəti yarada bilmədi. Əksinə, bizim imkanlarımız daha çox oldu. Oyuna rəqibdən daha yaxşı başlasaq da, səhvlərdən istifadə edə bilmədik. Bu, son oyunlarda millimizin əsas problemidir. Qələbə qazana bilməmək, məğlubiyyətlər bizi məyus edir. Amma ruh düşkünlüyü yoxdur. Hər oyunda meydana hansısa mənfi fikirlərlə çıxmırıq və qələbə qazanmağı düşünürük. Son vaxtlar “qara zolaq”dayıq. İnanıram ki, bu vəziyyətdən çıxacağıq. Bunun üçün bir qələbə lazımdır. Ən azı Latviya, Estoniya kimi millilərlə matçda qol vəziyyətlərindən istifadə etməliyik. Hücumların tamamlanmasında çatışmazlıqlar olur. Estoniya ilə Qəbələdəki matçda da fürsətlərdən yararlana bilmirdik. Bir qələbə qazansaq, komanda daha yaxşı oynayacaq və özünəinam yaranacaq”.

C.Nuriyev millidə şans qazanması baxımından ciddi problem olmadığını deyib:

“Macarıstanla matçda meydana çıxmamışdım. Latviya ilə görüşdə isə xeyli müddətdir oynamadığım mövqedə yer almışdım. Belə deyim, öyrəşmədiyim mövqedə oynayırdım. Yəqin millinin baş məşqçisi məni bu mövqedə bəyənir. Klubumda isə daim oynadığım yer deyil. Ancaq əvvəllər bu mövqedə çıxış etmişəm. Texniki, taktiki səhvlərə gəlincə, futbolda olur. Təbii ki, meydana çıxanda sona qədər vuruşuram. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışıram və qələbə üçün əlimdən gələni edirəm. Millidə bacardığım hər şeyi ortaya qoyduğumu düşünürəm”.

Qeyd edək ki, Azərbaycan millisi ötən gün Bakıda Macarıstan seçməsinə 1:2 hesabı ilə məğlub olub. İyunun 7-də Latviya ilə baş tutan oyun isə qolsuz bərabərliklə nəticələnib.

Futbol
"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

"Şamaxı" və "Qəbələ"nin baş məşqçiləri Pro kateqoriyası alıblar

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Əfran İsmayılovun durumuna aydınlıq gəlib

Futbol
"Sevilya" iki transferi açıqlayıb

"Sevilya" iki transferi açıqlayıb

Futbol
“Fənərbaxça”dan “Frayburq”a qədər: Azərbaycan klubları avrokubokda 600-cü qolu buraxıb

“Fənərbaxça”dan “Frayburq”a qədər: Azərbaycan klubları avrokubokda 600-cü qolu buraxıb

Futbol
Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Premyer Liqa: "Qəbələ" "Sumqayıt"la heç-heçə edib

Futbol
"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

"Qarabağ"ın rəqibi baş məşqçini istefaya göndərib

Futbol
DÇ-2022: Argentina Meksikanı məğlub edib

DÇ-2022: Argentina Meksikanı məğlub edib

Futbol
Ukraynalı baş məşqçi: "Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"

Ukraynalı baş məşqçi: "Azərbaycan millisi ilə bağlı kifayət qədər məlumatımız var"

Futbol
Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Azərbaycanın FIFA referisi Braziliyanın oyununa təyinat alıb

Futbol
"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

"Bavariya"nın futbolçuları baş məşqçidən narazıdır

Futbol
La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib

La Liqa: "Real Madrid" "Xetafe"ni məğlub edib