Azərbaycan millisinin üzvü: "Rusiya Superkubokunu qazandığıma görə çox sevincliyəm"

Azərbaycan millisinin üzvü: "Rusiya Superkubokunu qazandığıma görə çox sevincliyəm"

Azərbaycanın qadınlardan ibarət millisinin və "Zenit" klubunun üzvü Nigar Mirzəliyeva Rusiya Superkubokunu qazanması ilə bağlı fikirlərini bölüşüb.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022-ci ildən Sankt-Petyerburq təmsilçiksinin formasını geyinən 23 yaşlı müdafiəçi komandanın xarakter göstərdiyini bildirib.

O, komanda yoldaşlarının və məşqçilərin əməyini qabardıb:

"Rusiyada artıq ikinci dəfədir Superkubokun qalibi oluruq. Buna görə çox sevincliyik. “Lokomotiv”lə Superkubok matçına əvvəlki oyunlarda olduğu qaydada ciddi hazırlaşmışdıq. Bu uğurda qızların və məşqçilərin çox böyük əməkləri var. Komanda olaraq xarakter göstərərək qələbə qazandıq. Mənim üçün ən yaddaqalan məqam komanda şəklində xarakter göstərməyimiz oldu. Birinci hissə qolsuz bərabərliklə yekunlaşdı. Ancaq ikinci hissədə baş məşqçinin tapşırıqlarını yerinə yetirərək, əzmkar oyun sərgilədik və qalib gəldik".

O, gələcək planlarından da danışıb:

"Zenit”də üçüncü mövsümümü keçirirəm. Futbola böyük sevgim var. Uğurlu çıxışımı da buna borcluyam. Fikrimcə, bir işi sevərək edirsənsə, mütləq uğur qazanacaqsan. İşimi çox sevirəm, məşqlərə ciddi yanaşıram. Bu da uğur əldə etməyimə kömək olur. Həm millidə, həm də “Zenit”də bunun davamlı olması üçün hər şey edəcəyəm. Əlbəttə ki, daha böyük liqalarda çıxış etmək əla olar. Avropanın aparıcı futbol ölkələrində oynayan Azərbaycanın ilk qadın futbolçusu olmaq istəyərəm. Bəzi klublardan təkliflər almışam. Həmçinin “Zenit” də yeni müqavilə təklif edib. Lakin hələlik düşünürəm. Avropanın güclü klublarından dəvət gəlsə, mütləq dəyərləndirəcəyəm".

N.Mirzəliyeva Azərbaycanda qadın futbolunun inkişafı ilə bağlı fikirlərini də bölüşüb:

"Azərbaycanda qadın futbolu yeni inkişaf etməyə başlayıb. Artıq müəyyən uğurlar qazanırıq. Ölkəmiz, bayrağımız üçün vuruşuruq. Gələnilki Millətlər Liqasında mütləq uğurlu cıxış edəcəyik. Qrupa hansı komandalar düşəcəksə, mütləq ciddi hazırlaşıb, qalib olmağa calışacağıq. Hədəfimiz Millətlər Liqasında qrup birinciliyi olacaq. Komandamıza güvənirəm, bunu bacaracağıq".

Qeyd edək ki, Sankt-Peterburq klubu həlledici oyunda Moskva “Lokomotiv”ini 3:0 hesabı ilə məğlub edərək Rusiya Superkubokunun qalibi olub.

Futbol
Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Rumıniya klubu "Neftçi"nin baş məşqçisindən imtina edib

Futbol
Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Yan Voroqovski: "Azərbaycan millisini güclü komanda kimi tanıyırıq"

Futbol
"İnter"in futbolçusu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

"İnter"in futbolçusu: "Mənim üçün Milandan sonra vacib şəhər Bakıdır"

Futbol
Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Azərbaycanın U-21 millisinin yoldaşlıq oyunları üçün heyəti açıqlanıb - SİYAHI

Futbol
Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Antalya toplanışı: "Sabah" və "Səbail"dən heç-heçə, "Sumqayıt" qələbə qazanıb

Futbol
"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

"Qarabağ" "Olimpiakos"la oyunda itki ilə üzləşib

Futbol
UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

UEFA prezidenti II Elizabetin ölümündən kədərləndiyini bildirib

Futbol
PFL prezidenti VAR sistemi ilə bağlı Almaniyaya gedib

PFL prezidenti VAR sistemi ilə bağlı Almaniyaya gedib

Futbol
"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

"Səbail" hakimlərin otağını gec təmizlədiyi üçün cərimlənib

Futbol
Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Maksim Medvedev: “Hakimin bir az bizə qarşı antipatiyası var idi”

Futbol
Çempionlar Liqası: "Kopenhagen" bir oyunda ən çox yeniyetməyə şans verən klub olub

Çempionlar Liqası: "Kopenhagen" bir oyunda ən çox yeniyetməyə şans verən klub olub

Futbol
La Liqa: "Barselona" "Valensiya"nı məğlub edib

La Liqa: "Barselona" "Valensiya"nı məğlub edib