U-17 yığmamız Gürcüstanla yoxlama oyunu keçirəcək
Qəbələdə təlim-məşq toplanışında olan Azərbaycanın U-17 millisi ikinci yoxlama görüşünü keçirəcək.
QELEBE.AZ xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Gürcüstanın müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşacaq.
Görüş saat 17:00-da start götürəcək.
Qeyd edək ki, millimiz iyunun 6-da Qəbələdə keçirdiyi ilk yoxlama oyununda Qazaxıstan seçməsi üzərində 2:0 hesablı qələbə qazanıb.

https://qelebe.az//uploads/photo/u-17-yigmamiz-gurcustanla-yoxlama-oyunu-kechirecek.webp