Millinin baş məşqçisi: "Ortaya qoyulan xarakter göstərdi ki, Azərbaycanda yaxşı futbolçular var"

Millinin baş məşqçisi: "Ortaya qoyulan xarakter göstərdi ki, Azərbaycanda yaxşı futbolçular var"

On yeddi yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Aqil Nəbiyev Qəbələ şəhər stadionunda Qazaxıstanın müvafiq yaş qrupundan ibarət komandasına qalib gəldikləri yoxlama görüşünü (2:0) dəyərləndirib.

"Report" xəbər verir ki, mütəxəssis bu barədə AFFA-nın Mətbuat xidmətinə açıqlama verib.

O, komandanın çıxışından məmnun olduğunu vurğulayıb:

“Çətin oyun oldu. Qəbələdə neçə gündür yağışın yağması da müəyyən təsir göstərdi. İspaniyanın “Marcet” komandasından dəvət edilən 9 futbolçumuz dünən gecə kollektivə qoşulublar. Komanda şəklində məşq edə bilməməyimiz bir qədər sıxıntı yaratdı.

Bu gün ortaya qoyulan xarakter göstərdi ki, Azərbaycanda yaxşı futbolçular var. İstər UEFA İnkişaf Turnirində, istərsə də son matçlarda bunu sübut etmişik. Sadəcə, düzgün istiqamət götürmək, bu uşaqlara güvənmək lazımdır. İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Bu kollektivlə martdan bir yerə yığılırıq. Bu, artıq üçüncü toplanışımızdır.

Rəsmi oyunlar öncəsi daha bir təlim-məşq toplanışımız olacaq. Avropa çempionatının seçmə mərhələsində Fransa, İsrail və Rumıniya ilə eyni qrupda çıxış edəcəyik. Rəqiblər güclü olsalar da, komandamıza inanırıq”.

Qeyd edək ki, Azərbaycanın U-17 millisi növbəti yoxlama oyununu iyunun 10-da Gürcüstan yığmasına qarşı keçirəcək.

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək

Futbol
Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Peşəkar Futbol Liqası yeni VAR qurğusu alır

Futbol
“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

“Qarabağ” mübarizəni Konfrans Liqasında davam etdirəcək

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
Peşəkar Futbol Liqası loqosunu dəyişir

Peşəkar Futbol Liqası loqosunu dəyişir

Futbol
DÇ-2022: Açılış oyununda Qətər və Ekvador üz-üzə gələcək

DÇ-2022: Açılış oyununda Qətər və Ekvador üz-üzə gələcək

Futbol
"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

"Fənərbağça"nın istədiyi futbolçu "Trabzonspor"a keçib

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Xərçəng xəstəliyindən sağalan məşhur futbolçu məşqlərə başlayıb

Futbol
Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Azərbaycanın çimərlik futbolu yığması Ukraynaya uduzub

Futbol
DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

DÇ-2022:  Bu gün qrup mərhələsində II tura yekun vurulacaq

Futbol
Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib

Avropa Liqasında “Qarabağ”ın rəqibləri müəyyənləşib