Azərbaycan Basketbol Federasiyasının bir hakimi və nümayəndəsi beynəlxalq lisenziya almağa namizəddir

Azərbaycan Basketbol Federasiyasının bir hakimi və nümayəndəsi beynəlxalq lisenziya almağa namizəddir

Azərbaycan Basketbol Federasiyasının bir hakimi və nümayəndəsi sentyabrda beynəlxalq lisenziya almağa namizəddir.

Bunu "Report"a Azərbaycanın beynəlxalq dərəcəli hakimi Ələkbər Həsənov deyib.

Mütəxəssis hazırda 4 hakimin lisenziyaya malik olduğunu bildirib:

“Bu ilin sentyabrında Toğrul Həsənov yeni FIBA hakimi olmağa namizəddir. Ancaq hələ qurum tərəfindən son qərar verilməyib. İyunun 15-nə qədər Azərbaycandan neçə hakimin 2025-2027-ci illəri əhatə edəcək beynəlxalq dərəcə alacağı barədə bizə siyahı veriləcək. Hazırda lisenziyası mövcud olan hakimlər mənimlə yanaşı, Ruslan Xalıqov, Urfan Bayramlı və Anastasiya Slojenitsinadır. Sentyabr ayından isə Toğrul Həsənov və hakim-inspektor Asif Baxışovun da lisenziya alacağı gözlənilir”.

O, Yunanıstanın Saloniki şəhərində Beynəlxalq Basketbol Federasiyası (FIBA) tərəfindən təşkil olunan İllik Milli İnstruktur Klinikasında (ANIC 2025) iştirakı ilə bağlı təəssüratlarını da bölüşüb:

“Seminar çox yaxşı keçdi. Avropanın 52 ölkəsindən təlimatçılar dəvət olunmuşdu. Bu, FIBA tərəfindən keçirilən illik seminar idi. Bizə oyunlardakı sitausiyalar, müxtəlif mövzular və yeniliklər barədə məlumat verildi. Həmçinin ölkələr daxilində hakimlərin işlərinin planlaşdırılması, onlarla birlikdə seminarların necə təşkil edilməsi barədə fikirlər bildirildi. Hakimləri necə öyrətmək lazım olduğunu, məlumatları onlara effektiv şəkildə çatdırmağın formalarını başa saldılar”.

Ə.Həsənov digər yeniliklər barədə məlumat verib:

“Yeniliklər ondan ibarətdir ki, hər il tərəfimizdən illik hesabat hazırlanıb FIBA-ya göndəriləcək. Hesabatda hakimlərlə bağlı hansı işlərin görüldüyü və seminarların keçirildiyi barədə məlumatlar yer alacaq. Bununla yanaşı, bizdən gənc hakimlər, yeni başlayanlar və karyerasını bitirənlərin sayı ilə bağlı illik statistika istəniləcək. Oyun situasiyaları ilə əlaqədar detalları da bizə göstərdilər”.

Qeyd edək ki, FIBA-nın təşkil etdiyi bu klinika beynəlxalq basketbol qaydalarının vahid şəkildə tətbiqinə, hakimlərin peşəkar hazırlığının artırılmasına və ölkələr arasında təcrübə mübadiləsinin gücləndirilməsinə xidmət edir.

Sözügedən hakimlərdən Ə.Həsənov, R.Xalıqov, U.Bayramlı və A.Slojenitsina Avropa çempionatı matçlarına təyinat alıblar.

Komanda
Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Azərbaycan millisinin keçmiş oyunçusu: “İtaliyaya qarşı heç vaxt oynamaq istəməmişəm”

Komanda
Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Afrikalı basketbolçular uduzduqları oyundan sonra bir-biri ilə dava edib

Komanda
Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Azərbaycan Voleybol Federasiyası 5 əcnəbi mütəxəssislə danışıq aparır

Komanda
Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Bakıda həndbol üzrə Avropa çempionatının ilkin təsnifat turnirinin açılışı olub

Komanda
Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

Azərbaycan cüdosunun inkişafında xidmətləri olan şəxslər və idman mütəxəssisləri mükafatlandırılıb - SİYAHI

Komanda
Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Voleybol üzrə Azərbaycan çempionatının start tarixi açıqlanıb

Komanda
"ABU Arena"nın adı dəyişdirilir

"ABU Arena"nın adı dəyişdirilir

Komanda
Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Azərbaycan çempionatının daha bir oyunu kütləvi xəstəliyə görə təxirə salınıb

Komanda
Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Türkiyə millisinin basketbolçusu Gürcüstanda hücuma məruz qalıb

Komanda
Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Azərbaycan Basketbol Liqası: Liderlər qələbə qazanıblar

Komanda
Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Azərbaycanın voleybol millisinin Avropa çempionatında oyunlarının vaxtı bəlli olub

Komanda
Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib

Azərbaycan çempionu Almaniyanın III divizion klubuna keçib