“Liverpul” Portuqaliya millisinin üzvü ilə maraqlanır
İngiltərə Premyer Liqası təmsilçilərindən "Liverpul" heyətinə yeni hücumçu cəlb etməyi planlaşdırır.
QELEBE.AZ xəbər verir ki, mersisaydlıların əsas hədəfi PSJ-də çıxış edən Qonçalo Ramosdur.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Premyer Liqa klubu oyunçu üçün 60 milyon ödəməyə hazırdır.
Xatırladaq ki, PSJ 23 yaşlı hücumçunu 2023-cü ilin yayında "Benfika"dan transfer edib.
Portuqaliya millisinin üzvü bu mövsüm Paris təmsilçisinin heyətində meydana çıxdığı 40 rəsmi matçda 18 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

https://qelebe.az//uploads/photo/liverpul-portuqaliya-millisinin-uzvu-ile-maraqlanir.webp