"Neftçi"də iclas olub, baş məşqçiyə dəstək nümayiş etdirilib

"Neftçi"də iclas olub, baş məşqçiyə dəstək nümayiş etdirilib

“Neftçi” klubunun Müşahidə Şurasının nümayəndələri ilə baş məşqçi Samir Abasov, baş icraçı direktor Cenk Sümer, idman və maliyyə departamentlərinin iştirakı ilə bu həftə keçirilən iclaslarda mövsümün nəticələri müzakirə edilib, baş məşqçiyə dəstək nümayiş etdirilib.

"Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Baş icraçı direktor klubun illik fəaliyyəti haqqında Müşahidə Şurasına məlumat verib, baş məşqçi, maliyyə direktoru və idman departamentinin hesabatları dinlənilib.

Müşahidə Şurası komandanın nəticələrindən ciddi narazılığını dilə gətirib, mövsümün yekunlarını qəbuledilməz kimi qiymətləndirib. Eyni zamanda, seleksiya işlərindəki mövcud nöqsanlar da müzakirə edilib.

Bununla belə, Müşahidə Şurası Samir Abasova tam dəstək nümayiş etdirib və klubun digər şöbələrinə baş məşqçinin komanda quruculuğu ilə bağlı istəklərinə uyğun transfer strategiyasının həyata keçirilməsi üçün hər cür dəstəyin verilməsini tapşırıb.

Samir Abasovun qarşısında ölkənin ən köklü klubu olan “Neftçi”nin adına layiq güclü, ən yüksək hədəflər uğrunda mübarizə aparacaq komandanın qurulması və qısa müddətdə bu istiqamətdə ilk addımların atılması tələb kimi qoyulub. Müşahidə Şurası bu yolda Samir Abasova hər cür dəstək göstərəcəyini bildirib.

Eyni zamanda, baş məşqçi, baş icraçı direktor və idman departamentinə komanda quruculuğu prosesinin hazırda davam edən və klubun büdcəsinin müəyyən hissəsini əhatə edən genişmiqyaslı infrastruktur layihələrinin icrasına mənfi təsir göstərməməsi tapşırığı verilib.

Futbol
Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Cənubi koreyalı hücumçu "Qarabağ"a qarşı oynaya biləcək

Futbol
“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

“Nant”ın futbolçusu: “Qarabağ”a qalib gəlməliyik”

Futbol
Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Ukrayna Futbol Assosiasiyasının prezidenti saxlanılıb

Futbol
Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Renat Dadaşov İsveçrə çempionatında ayın futbolçusu seçilib

Futbol
AFFA "Zirə" klubunu cərimələyib

AFFA "Zirə" klubunu cərimələyib

Futbol
Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Tərlan Əhmədov: "Məğlubiyyət xoş deyil"

Futbol
Azərbaycan yığması Millətlər Liqasında C səbətində yer alacaq

Azərbaycan yığması Millətlər Liqasında C səbətində yer alacaq

Futbol
Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Azərbaycan millisinin rəqibi yoldaşlıq oyununda qələbə qazanıb

Futbol
Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Türkiyə klubları avrokuboklarda tarixi uğura imza atıblar

Futbol
DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

DÇ-2022: Mərakeş - Portuqaliya oyunu başlayıb

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

"Qəbələ"nin baş məşqçisi: "Uduzduğumuz oyundan sonra dönüş yaratmaq istəyirdik"

Futbol
DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub

DÇ-2022-də ən çox futbolçu ilə təmsil olunan klublar bəlli olub