Taekvondoçularımızın dairəvi döyüş məşqləri keçiriləcək

Taekvondoçularımızın dairəvi döyüş məşqləri keçiriləcək

Taekvondo üzrə Azərbaycan milli komandalarının açıq dairəvi döyüş məşqləri keçiriləcək.

Apasport.az xəbər verir ki, bunu Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidməti açıqlayıb.

Hazırlıq prosesi mayın 31-də federasiyanın məşq zalında baş tutacaq. Kişi və qadın taekvondoçularımız ölkənin bütün rayon və klublarından olan idmançılarla sparrinqlərə çıxacaq.

Məşq xarakterli döyüşlərə 2010-cu il və yuxarı təvəllüdlü taekvondoçular qatıla bilər. 54 kq və yuxarı kişilər, 46 kq və yuxarı qadınlar millinin idmançıları ilə sınağa çıxmaq imkanı qazanacaq.

Qeyd edək ki, sparrinqlər saat 10:30-dan 12:30-dək davam edəcək.