"Kəpəz" rəsmisi: "Əminliklə demək istəyirəm ki, yeni baş məşqçi əcnəbi olmayacaq"

"Kəpəz" rəsmisi: "Əminliklə demək istəyirəm ki, yeni baş məşqçi əcnəbi olmayacaq"

"Kəpəz"in yeni baş məşqçisi əcnəbi olmayacaq.

Bunu "Report"a açıqlamasında Gəncə təmsilçisinin idman məsələləri üzrə müşaviri Erkin İbrahimov bildirib.

O, baş məşqçi Azər Bağırovun ötən gün istefa verməsi barədə danışıb:

"Anlaşılmazlıq bir məsələ üzərinə deyildi. Bir çox mövzuda fikir ayrılığı yarandı. Tərəflərin gələcəyə baxış tərzləri üst-üstə düşmürdü. Lakin bunların heç biri Azər Bağırovun Gəncə futboluna faydalı olması həqiqətini dəyişdirmir. O, komanda üçün yaxşı işlərlə yadda qalıb. Biz də onunla davam etmək istəyirdik. Lakin şərtlər uyğun olmadı. Dünən qaldı dünəndə, gələcəyə baxmalıyıq".

Klub rəsmisi yeni baş məşqçinin adına yaxın 10 gün ərzində aydınlıq gələ biləcəyini vurğulayıb:

"Konkret tarix deyə bilmərəm. Fikrimizdə olan adlar var. Həmin mütəxəssislərdən hansının daha uğurlu olacağını götür-qoy edirik. İşlər davam edir. Əminliklə demək istəyirəm ki, yeni baş məşqçi əcnəbi olmayacaq".

Qeyd edək ki, ötən tur Misli Premyer Liqasının sonuncu - XXXVI turunun "Turan Tovuz" - "Kəpəz" oyunundan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırov komanda ilə vidalaşıb.

Futbol
Qara Qarayevin durumuna aydınlıq gəlib

Qara Qarayevin durumuna aydınlıq gəlib

Futbol
Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Millətlər Liqası: Türkiyə B liqasına yüksəlib

Futbol
Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Avstriya – Azərbaycan matçının məkanı dəqiqləşib

Futbol
Ronaldo yeni klubu ilə anlaşır

Ronaldo yeni klubu ilə anlaşır

Futbol
Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb

Premyer Liqa: "Şamaxı" - "Kəpəz" oyununda heç-heçə qeydə alınıb

Futbol
FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

FIFA prezidenti dünya çempionatının üç ildən bir keçirilməsini istəyir

Futbol
Modriç millidə oynamağa davam edəcəyini bildirib

Modriç millidə oynamağa davam edəcəyini bildirib

Futbol
DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

DÇ-2022: Qətər əcnəbi azarkeşlərdən mənfi test nəticəsi tələb edəcək

Futbol
Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Rusiyanın tanınmış mütəxəssisi azərbaycanlı iş adamını tənqid edib

Futbol
"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib

"Neftçi"nin Müşahidə Şurasının növbəti iclası keçirilib

Futbol
Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Neymar PSJ-nin bombardirləri siyahısında 4-cü pilləyə yüksəlib

Futbol
Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub

Elxan Məmmədov FIFA prezidenti ilə birlikdə Almaniyada səfərdə olub