Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: "Azərbaycanın dünya çempionatını ən gözəl şəkildə keçirəcəyi bəlli idi”

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti: "Azərbaycanın dünya çempionatını ən gözəl şəkildə keçirəcəyi bəlli idi”

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik Azərbaycanda keçirilən dünya çempionatının əvvəlkilərdən fərqləndiyini, turnirin ən gözəl şəkildə keçiriləcəyinin əvvəlcədən bəlli olduğunu bildirib.

“QELEBE.AZ” xəbər verir ki, o bunu jurnalistlərə açıqlamasında deyib.

Qurum rəsmisi, həmçinin Azərbaycan millisini yarışın ən güclü komandalarından biri kimi qiymətləndirib:

“Azərbaycanda keçirilən dünya çempionatı təşkilatçılıq baxımından əvvəlkilərdən çox fərqləndi. Keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirmişdik. Oradakı stadion açıq havada, sahildə tikilmişdi. Ən böyük fərq odur ki, bu dəfə dünya çempionatını təşkil edən ölkənin komandası yarışın 3 ən güclü iştirakçılarından biridir. Bu səbəbdən turniri ən gözəl şəkildə keçirəcəkləri bəlli idi. Arena, oyunçuları daşıyan komanda möhtəşəmdir. İnanıram ki, bu çempionat minifutbolu daha da yüksəklərə qaldıracaq və gələcəkdə böyük uğurlara qapı açacaq. Təşkilatçılara təşəkkürümü bildirirəm”.

Vitse-prezident Azərbaycan yığmasının təzyiq altında çıxış ediyini düşünür:

"Azərbaycan yığması üçün turnir çox çətin olacaq. Çünki böyük təzyiq altında oynayırlar və gözləntilər çoxdur. Bu komanda üzərində təzyiqi daha da artırır. Bu mental cəhətdən güclü qalmağı çox çətinləşdirir. Ev sahibisənsə, gözləntilər böyükdür və ən yüksək uğura nail olmalısan. Slovakiyada keçirilən Avropa çempionatının qalibi oldu. Sevinirəm ki, Slovakiyada keçirilən Avropa çempionatı, mundialın Azərbaycanda təşkil olunması üçün bir qapı rolunu oynadı".

Futbol
Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Tərlan Əhmədov: "Artıq yorulmuşuq"

Futbol
"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

"Qəbələ" ardıcıl 2-ci məğlubiyyətini alıb

Futbol
KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

KİV: “Mançester Yunayted” Ronaldo ilə müqaviləni pozub

Futbol
Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Azərbaycan Premyer Liqasının oyunundan sonra baş məşqçi ilə futbolçu dalaşıb

Futbol
Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Çempionlar Liqası: Daha 4 komanda 1/8 finala vəsiqə qazanıb

Futbol
Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Estoniyalı futbolçu: "Neftçi"nin çıxışı arzuolunan səviyyədə deyil"

Futbol
“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

“Şamaxı”nın baş məşqçisi: “Heyəti əcnəbilərlə zəngin olan klublarla bizi eyni tuturlar”

Futbol
Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Silahlı şəxslər "Real Madrid"in futbolçusunun evinə girib

Futbol
Azərbaycan Premyer Liqası: XI turun hakimləri bəlli olub

Azərbaycan Premyer Liqası: XI turun hakimləri bəlli olub

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Futbol
Qətər komandası Dünya Çempionatını tərk edib

Qətər komandası Dünya Çempionatını tərk edib