"Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ

"Atletik" Valverde ilə "yola davam" dedi - RƏSMİ

İspaniya La Liqası təmsilçilərindən “Atletik”in baş məşqçisi Ernesto Valverdenin gələcəyinə aydınlıq gəlib.

QELEBE.AZ xəbər verir ki, müqaviləsi mövsümün sonunda başa çatmalı olan təcrübəli mütəxəssisin sözləşməsi daha 1 il uzadılıb.

Bu barədə klubun mətbuat xidməti rəsmi məlumat yayıb.

Qeyd edək ki, Ernesto Valverde 2022-ci ildən etibarən Bask təmsilçisinə rəhbərlik edir.