II Liqanın bombardiri mükafatlandırılıb

II Liqanın bombardiri mükafatlandırılıb

Futbol üzrə Azərbaycan II Liqada 2024/2025 mövsümünün mükafatlandırma mərasimində turnirin bombardirinə xüsusi hədiyyə təqdim olunub.

QELEBE.AZ xəbər  verir ki,  “Şəmkir” klubunun hücumçusu Vidadi Cəfərov 31 qolla II Liqada 2024/2025-ci illər mövsümünün ən sərrast futbolçusu seçildi.

Ona mükafatı Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov, AFFA-nın vitse-prezidenti Könül Mehdiyeva, Futbolun İnkişafı Fondunun icraçı direktoru Tural Piriyev təqdim ediblər.