"Kəpəz"in sabiq baş məşqçisi: "Əmin idim ki, komanda Premyer Liqanı tərk etməyəcək"

"Kəpəz"in sabiq baş məşqçisi: "Əmin idim ki, komanda Premyer Liqanı tərk etməyəcək"

"Kəpəz"in sabiq baş məşqçisi Adil Şükürov Gəncə klubunun Misli Premyer Liqasında yerini qoruyub saxlamasına münasibət bildirib.

Bu barədə"QELEBE.AZ"a açıqlama verən mütəxəssis qərb təmsilçisinin elitanı tərk etməyəcəyini mövsümün əvvəlindən proqnozlaşdırdığını deyib.

"Mövsümün əvvəlindən əmin idim ki, komanda Premyer Liqanı tərk etməyəcək. Bizim vaxtımızda heyətə cəlb olunan futbolçular büdcəyə uyğun oyunçular idi. Lakin biz gedəndən sonra kluba qoşulan futbolçular müsbət mənada fərqlənirdilər. Mən "Kəpəz"lə vidalaşıb gedəndə demişdim ki, komandaya 4-5 yaxşı futbolçu alınmalıdır. Həmin oyunçular komandanın aparıcı üzvləri olmalı idilər və mənim dövrümdən sonra gələnlər elə də oldular".

O, son turlara qədər turnir cədvəlinin aşağı sıralarında amansız mübarizə getdiyini vurğulayıb:

"Gərgin mübarizəyə şahidlik etdik. Bütün "Kəpəz" azarkeşlərini təbrik edirəm. Dediyim oldu və buna görə sevinirəm. Mən, yaxud başqa baş məşqçi ilə fərq etməz, əsas odur ki, "Kəpəz" Premyer Liqada mübarizə aparacaq".

Qeyd edək ki, "Kəpəz"in Misli Premyer Liqasını tərk etməyəcəyi cari mövsümün başa çatmasına 2 tur qalmış dəqiqləşib. Bu, XXXIV turda "Səbail"in "Zirə"yə 0:1 hesabı ilə məğlub olmasından sonra gerçəkləşib. "Sarı-göylər" 32 xalla turnir cədvəlinin səkkizinci pilləsində qərarlaşıb. I Liqaya düşməsi rəsmiləşən "Səbail" isə 22 xalla sonuncudur.

Futbol
“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

“Səbail”in neçə futbolçu transfer edəcəyinə aydınlıq gəlib

Futbol
APL: İlk dövrədə əleyhinə və lehinə ən çox penalti təyin olunan komandalar - ARAŞDIRMA

APL: İlk dövrədə əleyhinə və lehinə ən çox penalti təyin olunan komandalar - ARAŞDIRMA

Futbol
Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

Polşalı baş məşqçi: "Azərbaycan millisi favoritlər siyahısındadır"

Futbol
"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

"Sumqayıt" qanalı hücumçu ilə müqavilə imzalayıb

Futbol
Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Ötən ilin ən yaxşı futbolçusu açıqlanıb

Futbol
"Fənərbağça" məğlubiyyətdən qaçıb, "Trabzonspor" ilk qələbəsini qazanıb

"Fənərbağça" məğlubiyyətdən qaçıb, "Trabzonspor" ilk qələbəsini qazanıb

Futbol
Rəşad Sadıqov: “Çox “ucuz qollar” buraxırıq”

Rəşad Sadıqov: “Çox “ucuz qollar” buraxırıq”

Futbol
"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

"Neftçi" aparıcı legionerini Portuqaliya klubuna satır

Futbol
"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

"Qarabağ" "Turan Tovuz"a qalib gəlib

Futbol
Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Azərbaycan millisinin futbolçusu Türkiyədə klubunu dəyişib

Futbol
Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Fariz Nəcəfov: "VAR sistemində boşluqların olmasını anlayışla qarşılayıram"

Futbol
"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb

"Sabah"ın yeni transferi Ukrayna millisinə çağırılıb