“Qarabağ” akademiyasının koordinatoru 15 yaşlı futbolçunun Premyer Liqada debütünü dəyərləndirib

“Qarabağ” akademiyasının koordinatoru 15 yaşlı futbolçunun Premyer Liqada debütünü dəyərləndirib

“Qarabağ” akademiyasının koordinatoru Aftandil Hacıyev Misli Premyer Liqasının XXXIII turunda, “Sumqayıt”la oyunda meydana çıxan yeniyetmə futbolçu Amin Rzayevin debüt matçını dəyərləndirib.

Mütəxəssis “QELEBE.AZ”a açıqlamasında Rzayevdə peşəkar futbolçulara məxsus bir sıra komponentlərin formalaşdığını bildirib.

Klub rəsmisi onun öz üzərində hələ çox çalışmalı olduğunu diqqətə çatdırıb:

“Akademiyaya gəldiyim ilk gündən gördüyüm istedadlı futbolçular sırasında Amin də var idi. Onu daha yaxından tanıdıqca istedadlı olması ilə bağlı məndə fikirlər formalaşdı. Lakin bu o demək deyil ki, tam hazır, peşəkar futbolçudur. Üzərində çalışmalı olduğu çox amillər var. Onda peşəkar futbolçulara xas olan bir çox komponentlər formalaşıb. 15 yaşında əsas komandada debüt etməsi hamımızı sevindirib. Bundan sonra məşqlərdə, oyunlarda özündən çox şey asılı olacaq”.

A.Hacıyev müdafiəçinin ən üstün tərəfi kimi fiziki cəhətdən seçilməsini göstərib:

“Sürətli, cinahda, sol ayaqla oynayan futbolçudur. Ümumiyyətlə, bir neçə mövqedə oynamağı bacarır. Sol cinah yarımmüdafiəçisi, sol stopper kimi də çıxış edə bilər. Hücumameyillidir, hücumlarda iştirak etməyi xoşlayır. Aşağı yaş qruplarından ibarət çempionatlarda qol və məhsuldar ötürmələrlə yadda qalıb. Ən üstün cəhəti yaşıdları arasında daha cüssəli olmasıdır. Fiziki cəhətdən seçilir. Önəmli oyunlarda ön plana çıxmağı bacarır. Amma kompleks şəkildə inkişaf etməlidir. Oynadıqca təcrübə toplamalıdır. Müdafiəçi olduğu üçün bu cəhətdən daha çox üzərində işləməlidir. Amma hansı mövqedə daha çox inkişaf edəcəyi gələcəkdə bilinəcək”.

Qeyd edək ki, Amin Rzayev “Sumqayıt”la matçın 84-cü dəqiqəsində Emin Cəfərquliyevin əvəzinə meydana daxil olub. O, 15 yaş 204 günlüyündə debüt edib.

Futbol
AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

AFFA rəsmisi "Latsio"nun oyununa təyinat alıb

Futbol
İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

İngiltərə millisi 29 ildən sonra antirekordunu təkrarlayıb

Futbol
Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Rəşad Sadıqov: "Qarabağ" nə vururdusa, hamısı qol olurdu"

Futbol
Çempionlar Liqası: "Araz-Naxçıvan"ın sonuncu rəqibi bəlli olub

Çempionlar Liqası: "Araz-Naxçıvan"ın sonuncu rəqibi bəlli olub

Futbol
"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

"Neftçi"nin futbolçusu: "Qarabağ" layiqli qələbə qazandı"

Futbol
“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

“Sabah”ın baş məşqçisi: “Rusiya futbolu üçün darıxmıram”

Futbol
"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

"Qalatasaray" azlıqda əzmkar qələbə qazanıb

Futbol
Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Emin Mahmudov ilk het-trikinə və rekorda imza atıb

Futbol
"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

"Araz-Naxçıvan"ın oyunlarının təqvimi bəlli olub

Futbol
Qurban Qurbanov: "Futbolçular yaxşı performans göstərdilər"

Qurban Qurbanov: "Futbolçular yaxşı performans göstərdilər"

Futbol
İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

İngiltərə millisinin müdafiəçisi DÇ-2022-ni buraxacaq

Futbol
"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub

"Fənərbağça" və "Nant"dan çətin qələbə, "Trabzonspor" "Ferentsvaroş"a uduzub