Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Bakıdakı mundialda daha güclü və qalib komanda görəcəksiniz"

Azərbaycan minifutbol millisinin baş məşqçisi: "Bakıdakı mundialda daha güclü və qalib komanda görəcəksiniz"

Azərbaycanın minifutbol yığmasının baş məşqçisi Elşad Quliyev Monteneqro və Slovakiyada keçirdikləri təlim-məşq toplanışını dəyərləndirib.

Mütəxəssis “QELEBE.AZ”a açıqlamasında toplanış çərçivəsində iştirak etdikləri Millətlər Liqası oyunlarının nəticələri ilə bağlı danışıb.

O, komandanın özünü yaxşı tərəfdən göstərdiyini bildirib:

“16 günlük təlim-məşq toplanışı ərzində fikrimiz hər hansı bir turniri qazanmaq deyildi. Bütün uşaqlara şans verib əsas heyəti formalaşdırmaq istəyirdik. Zəif tərəflərimizi üzə çıxarmağa çalışırdıq. İnanıram ki, yaxşı oyunlar keçirdik. İki final oynadıq, uşaqlar özlərini yaxşı tərəfdən göstərə bildilər. Bu futboldur, son saniyələrdə də qol buraxa bilirsən. Ümid edirəm ki, Bakıda keçiriləcək dünya çempionatında daha güclü və qalib komanda görəcəksiniz”.

Qeyd edək ki, Azərbaycan yığması toplanış zamanı iki beynəlxalq turnirdə iştirak edib. Monteneqroda keçirilən yarışın qalibi olan komanda Slovakiyada təşkil edilən Millətlər Liqasında ikinci yeri tutub.

Dünya çempionatı 21 may - 1 iyun aralığında keçiriləcək. Yarışın açılış mərasimi mayın 21-də, saat 19:00-da Milli Gimnastika Arenasında start götürəcək. Açılış mərasimində türkiyəli məşhur müğənni Aleyna Tilki və Azərbaycanın Xalq artisti Aygün Kazımova çıxış edəcəklər.

Azərbaycan yığması 32 komandanın iştirak edəcəyi mundialın A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.

Futbol
"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

"Olimpiakos"un baş məşqçisi: "Qarabağ"a məğlubiyyəti unutmalıyıq"

Futbol
İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

İngiltərə Premyer Liqası: "Liverpul" səfərdə məğlub olub

Futbol
"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

"Zirə" klubu yeni futbolçu ilə anlaşıb

Futbol
İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

İspaniya millisi Luis Enrike ilə yollarını ayırıb

Futbol
"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

"Frayburq" və "Qarabağ"ın start heyətləri bəlli olub

Futbol
Mahir Emreli kapitanını zədələyib

Mahir Emreli kapitanını zədələyib

Futbol
“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

“Olimpiakos” - “Qarabağ” oyununun hakimləri açıqlanıb

Futbol
Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Rəşad Sadıqov: "Onu Kevin De Brüyneyə oxşadıram"

Futbol
Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir

Gəncə İdman Sarayında tikinti işləri sürətlə davam edir

Futbol
Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

Azərbaycan millisi FİFA reytinqində mövqeyini qoruyub

Futbol
"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

"Qarabağ" mərkəzi oyunda ciddi itki ilə üzləşib

Futbol
Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib

Azərbaycan Premyer Liqası: Qərb derbisində qalib müəyyənləşməyib