Avropa Kanoe Assosiasiyasının prezidenti: "Avarçəkməni yüksək səviyyədə inkişaf etdirmək üçün Azərbaycanda xüsusi yerlər çoxdur"

Avropa Kanoe Assosiasiyasının prezidenti: "Avarçəkməni yüksək səviyyədə inkişaf etdirmək üçün Azərbaycanda xüsusi yerlər çoxdur"

Avarçəkməni yüksək səviyyədə inkişaf etdirmək üçün Azərbaycanda xüsusi yerlər çoxluq təşkil edir.

"QELEBE.AZ"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana Ümummilli Lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün təşkil edilmiş xüsusi tədbirdən sonra jurnalistlərə açıqlamasında deyib.

ECA rəhbəri Azərbaycan torpaqlarında olmasından məmnunluq hissi duyduğunu bildirib:

"Bu, Füzuliyə növbəti gəlişimdir. Burada iştirak mənim üçün xüsusi önəm daşıyır. Füzulini daha yaxından tanımaq istəyirəm. Azərbaycanda keçiriləcək beynəlxalq reqatada iştirakçı sayının çox olması sevindirici haldır. Azərbaycan bu təşkilatçılıqdan sonra önəmli təcrübə qazanacaq. Bütün bunların sayəsində gələcəkdə Avropa çempionatına da ev sahibliyi edə bilər. Texniki heyətimiz də həftə sonuna qədər baxış keçirmək üçün burada iştirak edəcək".

Qeyd edək ki, “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi paradı və komandaların təqdimatı aprelin 29-da Mingəçevir şəhəri, Heydər Əliyev prospektində keçiriləcək. Aprelin 30-da Qarabağın daha bir dilbər guşəsi olan Suqovuşanda “Prezident Kuboku-2025” beynəlxalq reqatasının rəsmi açılış mərasimi və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata mayın 1-2-də Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.

Fərdi
Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Dünya çempionatı: Azərbaycanın iki güləşçisi finala çıxıb

Fərdi
Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın iki sərbəst güləşçisi dünya çempionatında bürünc medal qazanıb

Fərdi
Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Azərbaycan millisi Bakıda keçiriləcək Dünya Kubokuna hazırlaşır

Fərdi
Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Dünya çempionatı: Səid Mollayi 5-ci yeri tutub

Fərdi
Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Avropa çempionu "Bellator"da Azərbaycanı təmsil edəcək

Fərdi
Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Fərdi
Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Yay Olimpiya Oyunları 2036-cı ildə Misirdə keçirilə bilər

Fərdi
"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

"Aimchess Rapid": Şəhriyar Məmmədyarov finala yüksəlib

Fərdi
Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

Şəhriyar Məmmədyarov beynəlxalq turnirdə daha 3 qələbə qazanıb

Fərdi
Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Rəşad Nəbiyev regionlarda cüdonun inkişaf etdirilməsi ilə bağlı tapşırıq verib

Fərdi
Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatını iki medalla başa vurub

Fərdi
Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub

Azərbaycanda ilin ən yaxşı gimnastları bəlli olub