Okan Buruk Türkiyə futbolu tarixinə düşüb
Türkiyə Super Liqasının 33-cü həftəsində "Qalatasaray" səfərdə "Eyüpspor"u 5:1 hesabı ilə məğlub edib.
QELEBE.AZ xəbər verir ki, "sarı-qırmızılar" çempionluq yolunda ən yaxın rəqibi "Fənərbaxça" ilə 5 xallıq fərqi qoruyub.
"Qalatasaray"ın çalışdırıcısı Okan Buruk məşqçilik karyerasında Super Liqada 300-cü matçına çıxıb. 51 yaşlı çalışdırıcı 300 matçda 160 qələbə qazanıb.
Buruk 300-cü matçını keçirərək Super Liqa tarixində ən çox qələbə qazanan üçüncü məşqçidir.
Fatih Terim 300 matçda 180 qalibiyyətlə birinci, Mustafa Denizli isə 175 qələbə ilə ikinci yerdədir.

https://qelebe.az//uploads/photo/okan-buruk-turkiye-futbolu-tarixine-dushub.webp