Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq

Azərbaycan Dünya Badminton Federasiyasının ali orqanında təmsil olunacaq.

"QELEBE.AZ"un məlumatına görə bu barədə Azərbaycan Badminton Federasiyasının (ABF) mətbuat xidməti məlumat yayıb.

Bu gün Çinin Siamen şəhərində Dünya Badminton Federasiyasının (BWF) 86-cı illik ümumi yığıncağı keçirilib. 143 ölkədən nümayəndə heyətinin qatıldığı iclasda Azərbaycan Badminton Federasiyasının nümayəndələri də dəvət olunub.

İllik yığıncaqda marketinq, kommunikasiya, maliyyə və sair komitələrin hesabatları dinlənilib. Çıxışlarda qeyd olunub ki, badminton idman növü dünyada uğur qazanmaqda davam edir. Belə ki, 2025-ci ildə yer kürəsində bu idman növünün pərəstişkarları (fan base) 744 milyon nəfər təşkil edir. 400 milyon insan badmintonla aktiv məşqul olur və hal-hazırda raketka ilə dünyada oynanılan ən məşhur idman növüdür. Sosial mediada isə BWF 17 milyon insan tərəfindən izlənilməklə yanaşı FIFA, FIBA ilə bərabər ən çox izlənilən 10 federasiyasından biridir.

Tədbirdə 2025-2029-cu illər üçün BWF prezidenti və ali idarəedici orqanı sayılan Şuraya və eyni zamanda İcraiyyə Komitəsinə seçkilər keçirilib. ABF-nin prezidenti Taleh Ziyadov 4 il müddətinə Avropa qitəsindən Şuraya üzv seçilib.

BWF-in mövcud qaydalarına görə 20 yeni seçilmiş Şura üzvləri qurumun inkişaf strategiyası, komitə rəhbərlərini, daxili və xarici nizamnamə qaydalarını müəyyən edəcəklər.

Tailand Badminton Federasiyasının prezidenti Khunyinq Patama Leesvadtrakul BWF-nin rəhbəri seçilib.

ABF son illərdə dünya reytinqində 85-ci yerdən 46-cı yerə yüksəlməyə müvəffəq olub və davamlı olaraq müxtəlif səviyyəli beynəlxalq badminton turnirlərinə ev sahibliyi edir.

Qeyd edək ki, 2023-cü ildə Avropa Badminton Konfederasiyasının (BEC) konqresi Bakıda keçirilib. ABF sosial məsuliyyət çərçivəsində BWF ilə 2023-cü ildə imzalanan razılaşmaya əsasən Afrika ölkələrində badmintonun inkişafı və kütləviliyinə dəstək məqsədilə Botsvana, Cibuti, Kamerun, Qambiya və Madaqaskarın badminton qurumlarını raketka, volan və digər zəruri idman ləvazimatları ilə təchiz edib.

Fərdi
Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Kanoe və avarçəkmə üzrə Serbiyadakı dünya çempionatı baş tutmaya bilər

Fərdi
Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə yeni il şousu keçirilib

Fərdi
Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Azərbaycan kikboksçuları Avropa çempionatını 17 medalla başa vurublar

Fərdi
Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Mahir Məmmədov: "Demək olar ki, şahmatçılarımız medal kürsüsünü tutdular"

Fərdi
Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Azərbaycan çempionunun yoldaşlıq oyunu ləğv edilib

Fərdi
Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Azərbaycan ağırlıqqaldırma tarixində yeni rekord qeydə alınıb

Fərdi
Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Azərbaycan millisinin boksçuları ölkə birinciliyində finala yüksəliblər

Fərdi
Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"

Həsrət Cəfərov: "Yarış ölkəmizdə keçirildiyi üçün qələbə qazanmalı idim"

Fərdi
"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb

"Vüqar Həşimov Memorialı-2022"nin püşkü atılıb

Fərdi
Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Tahir Abdullayev: "Məşhur idmançılardan heç birini əzişdirmək istəmirəm"

Fərdi
"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

"Qəbələ" İdman Klubu kikboksçusu ilə müqaviləni uzadıb

Fərdi
Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub

Azərbaycanın qadın şahmatçısı dünya çempionu olub