Sərxan Hacıyev: "İstanbulda UEFA-nın nümayəndəliyinin açılması tərəflərin əməkdaşlığının tərkib hissəsi idi"

Sərxan Hacıyev: "İstanbulda UEFA-nın nümayəndəliyinin açılması tərəflərin əməkdaşlığının tərkib hissəsi idi"

İstanbulda UEFA-nın nümayəndəliyinin açılması Türkiyədə baş tutacaq nüfuzlu turnirlərlə əlaqədar tərəflərin əməkdaşlığının tərkib hissəsidir.

Bunu “Report”a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev UEFA-nın Türkiyədə nümayəndəliyinin fəaliyyətə başlaması ilə əlaqədar təşkil olunan tədbirdə iştirakı ilə bağlı deyib.

Qurum rəsmisi UEFA-nın qardaş ölkədə müxtəlif layihələr həyata keçirəcəyini vurğulayıb:

“Türkiyə Futbol Federasiyası tədbirin yüksək səviyyədə təşkil olunması üçün əlindən gələni etmişdi. Bildiyiniz kimi, 2026-cı ildə UEFA Avropa Liqasının, 2027-ci ildə isə UEFA Konfrans Liqasının final oyunu qardaş ölkədə keçiriləcək. Bundan başqa, 2032-ci ildə Avropa çempionatına Türkiyə və İtaliya birgə ev sahibliyi edəcək. Bu nüfuzlu tədbirlərlə bağlı UEFA ilə Türkiyə arasında sıx əməkdaşlıq işləri görüləcək. Həmçinin regionda futbolun inkişafı ilə bağlı UEFA-nın müxtəlif layihələri olacaq. İstanbul nümayəndəliyinin açılması da bunların tərkib hissəsi idi”.

S.Hacıyev tədbirdə UEFA, həmçinin Türkiyə prezidenti ilə yanaşı, bir sıra ölkələrin Futbol Federasiyalarının rəhbərlərinin iştirak etdiyini söyləyib:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nümayəndəliyin açılış mərasimində iştirak etdi. O, öz xeyir-duasını verdi, nümayəndəliyə fəaliyyətində uğurlar arzuladı. Həmçinin tədbirdə UEFA prezidenti Aleksander Çeferin və bir sıra Avropa və Asiya Futbol Federasiyalarının rəhbərləri iştirak etdi”.

Futbol
Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Afrikalı futbolçu "Neftçi" ilə vidalaşıb

Futbol
"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

"İnter" Türkiyə millisinin müdafiəçisini transfer etmək istəyir

Futbol
"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

"Qarabağ" bu gün "Olimpiakos"u qəbul edəcək

Futbol
“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

“Marsel” azarkeşləri PSJ-yə qarşı oyuna buraxılmayacaq

Futbol
Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı olub

Niderland ABŞ-a qalib gələrək ilk 1/4 finalçı olub

Futbol
Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Yay transfer pəncərəsinin beş ən bahalı transferi açıqlanıb

Futbol
İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

İngiltərə Premyer Liqası: “Arsenal” “Nyukasl”la heç-heçə edib

Futbol
Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Ayxan Abbasov: "Toplanışın bəhrəsini çempionatda görəcəyik"

Futbol
UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

UEFA “Qarabağ”la oyuna görə “Nant”a güzəştə gedib

Futbol
Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Joze Mourinyo futbolçulardan birinə "Roma"dan ayrılmağı tövsiyə edib

Futbol
İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib

İtaliya yığmasının sabiq futbolçusu 58 yaşında vəfat edib

Futbol
Luis Suaresin yeni klubu bəlli olub

Luis Suaresin yeni klubu bəlli olub