Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika

Derbi alovu “İnter”i yandırdı: "Milan"la yenə bacarmadı - - Statistika

"Milan" İtaliya kubokunun yarımfinalında “İnter”i 3:0 hesabı ilə məğlub edərək turnirin finalına vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, “rossonerilər” ardıcıl 5 matçdır “İnter”ə uduzmur.

"Milan" rəqibinə sonuncu dəfə 23 aprel 2024-cü ildə məğlub olub.

O vaxtdan bəri “Milan” rəsmi yarışlarda "İnter"i 2 dəfə məğlub edib, 2 qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.