AFFA rəsmisi klubların maliyyə menecerlərinin iştirakı ilə keçirilən iclasın detallarını açıqlayıb

AFFA rəsmisi klubların maliyyə menecerlərinin iştirakı ilə keçirilən iclasın detallarını açıqlayıb

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov Misli Premyer Liqası təmsilçilərinin maliyyə menecerlərinin iştirakı ilə keçirilən iclasın detallarını açıqlayıb.

O, "QELEBE.AZ"a açıqlamasında bunun xüsusi toplantı olmadığını bildirib.

E.Məmmədov ənənəvi olaraq apreldə elita klublarını bir araya yığdıqlarını söyləyib:

"Necə ki, bizim həmkarlarımız, digər 54 milli assosiasiya da bunu edir. Klublardan apreldə məlumatlar alınır. Bunlara illik maliyyə hesabatı və oradakı göstəricilər daxildir. Onlar UEFA-nın xüsusi platforması vasitəsi ilə Avropa futbol qurumuna təqdim olunur. Bu məlumatları toplayaraq təşkilat hər il illik hesabat tərtib edir. Hansı ki, orada hər bir ölkə üzrə maliyyə vəziyyəti ilə bağlı müqayisəli təhlillər aparılır".

AFFA rəsmisi hələlik növbəti lisenziyalaşdırma mövsümündən etibarən maliyyə meyarlarına ediləcək dəyişikliklərlə bağlı məlumat verə bilməyəcəyini vurğulayıb:

"Çünki dəyişikliklər öncə UEFA-da təsdiq edildikdən sonra bizə göndərilir. Biz də klublara bildiririk. Seminarımız texniki məsələlərlə bağlı idi. Növbəti illə bağlı açıqlama vermək tezdir. Müəyyən dəyişikliklər gözlənilir. Amma UEFA açıqlamamış rəsmi açıqlama verə bilmirik. Qurumun İcraiyyə Komitəsi tərəfindən yeni qaydalar yayda təsdiq olunsa, klublara bu barədə iclaslar keçirəcəyik".

Futbol
Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar"

Nurlan İbrahimovun vəkili: "Heç bir yol qalmayıb, sadəcə, Avropa Məhkəməsinə müraciət etmək olar"

Futbol
Voyislav Stankoviç: “Qışda "Neftçi" daha güclü olacaq"

Voyislav Stankoviç: “Qışda "Neftçi" daha güclü olacaq"

Futbol
"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələnib

"Olimpiakos"un daha bir müdafiəçisi "Qarabağ"la oyundan əvvəl zədələnib

Futbol
Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Gəncədə yeni stadion tikilməsi təklif olunub - VİDEO

Futbol
AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

AFFA İcraiyyə Komitəsinin Canni De Byazi ilə bağlı qərar verəcəyi vaxt bəlli olub

Futbol
UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

UEFA Avropa Liqasında pley-offun cütləri bəlli olub

Futbol
Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Levandovski Ronaldunun nailiyyətini geridə qoyub

Futbol
"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

"Qarabağ"ın futbolçusu: "Layiqli qələbə qazandıq"

Futbol
Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Jiru Fransa millisinin ən yaşlı bombardiri olub

Futbol
"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

Futbol
29 günlük futbol bayramı başlayır

29 günlük futbol bayramı başlayır

Futbol
"Olimpiakos" komandası Bakıya yola düşüb

"Olimpiakos" komandası Bakıya yola düşüb