Müller İtaliya klubunun təklifini rədd edib
Mövsümün sonunda "Bavariya"dan ayrılacaq hücumçu Tomas Müller İtaliya çempionatına keçə bilər.
QELEBE.AZ xarici KİV-ə istinadla xəbər verir ki, “Fiorentina” təcrübəli futbolçunun xidmətində maraqlıdır.
Florensiya klubu Müllerə təklif etsə də, Tomas İtaliya klubuna keçməkdən imtina edib.
35 yaşlı hücumçu 2009-cu ilin iyulundan "Bavariya"da çıxış edir. Müller bu yay azad agent olacaq.
Tomas cari Bundesliqa mövsümündə 26 oyun keçirib, 1 qol vurub və 5 məhsuldar ötürmə edib.

https://qelebe.az//uploads/photo/muller-italiya-klubunun-teklifini-redd-edib.webp