Mariya Stadnik: "Avropa çempionatında qazanılan bürünc medalı uğur hesab etmək olar"

Mariya Stadnik: "Avropa çempionatında qazanılan bürünc medalı uğur hesab etmək olar"

İndiki vəziyyətdə bürünc medalı uğur hesab etmək olar.

Bunu "QELEBE.AZ"a açıqlamasında Azərbaycanın qadın güləşi üzrə millisinin koordinatoru Mariya Stadnik deyib.

Olimpiya mükafatçısı qadınlardan ibarət yığmanın Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatındakı çıxışı barədə danışıb:

"Biz hər dəfə qitəmiqyaslı turnirlərdə qızıl medallar qazandığımız üçün hədəflərimiz böyük olub. Lakin hazırkı millinin heyətinin əksəriyyəti gənc qızlardan təşkil olunub. Sevindirici haldır ki, komanda turniri mükafatsız başa vurmadı. İndiki vəziyyətdə bürünc medalı uğur hesab etmək olar. Zədə səbəbindən yarımfinalda məğlub olan Jalə Əliyeva finala çıxmalı idi. O, həlledici mərhələyə adlasaydı, qızıl medal qazanacağına əmin idim. Çünki Jalənin buna potensiyalı çatır. Digər güləşçilər isə gənc və təcrübəsizdirlər. Zamanla onların da özlərini doğruldacağına inanıram".

36 yaşlı mütəxəssis iki gün sonra start götürəcək qadınlar arasında Azərbaycan çempionatında 70-ə yaxın güləşçinin mübarizə aparacağını söyləyib:

"Sevindirici haldır ki, Azərbaycanda güləşlə məşğul olmaq istəyən xanımların sayı artmaqdadır. Unutmayaq ki, daxili çempionatda rəqabət olarsa, beynəlxalq yarışlarda uğur qazanmaq mümkündür. Biz təkcə Mariya Stadnikin qazandığı uğurlara yox, gələcəkdə digər qadın güləşçilərin də nəticələrinə sevinəcəyik. Mən onlara inandığım kimi, onlar da özlərinə güvənməlidirlər".

Qeyd edək ki, qadınlardan ibarət milli Avropa çempionatını 1 bürünc medalla başa vurub.

Fərdi
Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Elçin Əliyev: "Olimpiadaya lisenziya Pevtsov üçün real məqsəddir"

Fərdi
Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Azərbaycanın yeniyetmə və gənc kikboksçulardan ibarət millisi tarixi uğura imza atıb

Fərdi
AVF prezidenti milli komandanın üzvü ilə görüşüb

AVF prezidenti milli komandanın üzvü ilə görüşüb

Fərdi
Tanınmış idmançı evində ölü tapılıb

Tanınmış idmançı evində ölü tapılıb

Fərdi
"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

"Formula 1": Yaponiya Qran-prisində bir neçə insident baş verib

Fərdi
Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"

Şəfəq Hüseynli: "Bəzi idman federasiyaları düzgün məlumatlar vermir"

Fərdi
"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

"Grand Chess Tour": Şəhriyar Məmmədyarovun qazancı bəlli olub

Fərdi
Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Azərbaycanın yunan-Roma güləşçiləri dünya çempionatını 5 medalla başa vurub

Fərdi
Boks üzrə Azərbaycan çempionatında 3 çəki üzrə 1/4 finalçılar müəyyənləşib

Boks üzrə Azərbaycan çempionatında 3 çəki üzrə 1/4 finalçılar müəyyənləşib

Fərdi
Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Prezident bir qrup idmançı və idman mütəxəssisinə mənzil verib

Fərdi
Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Azərbaycanın ikiqat dünya çempionu: "Karyeramla bağlı seçim qarşısındayam"

Fərdi
Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb

Azərbaycan ağırlıqqaldıranı Türkiyədəki yarışda gümüş medal qazanıb