Səudiyyə Ərəbistanı təmsilçisi Vinisiusdan əl çəkmir – Braziliyalı ulduz getmək istəmir
Səudiyyə klubları Vinisiusu istəyir
"Real Madrid"in hücumçusu Vinisius Junior hələ də Səudiyyə Ərəbistanı çempionatının klublarının maraq dairəsindədir.
“Əl-Əhli”nin Vinisius planı
Apasport.az xəbər verir ki, braziliyalının Madriddə qalmaq istəsə də, "Əl-Əhli" rəhbərliyi hücumçunun transferində israrlıdır.
Xatırladaq ki, Vinisiusun “kral” klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin ortalarına qədərdir.
Vinisiusun bu mövsümki performansı
Bu mövsüm ulduz forvard "Real Madrid"in heyətində 44 matçda meydana çıxıb, 19 qol vurub və 11 məhsuldar ötürmə edib.

https://qelebe.az//uploads/photo/seudiyye-erebistani-temsilchisi-vinisiusdan-el-chekmir-braziliyali-ulduz-getmek-istemir.webp