Azərbaycan Şahmat Federasiyası rəsmisinin adı ikinci dəfə Ginnesin Rekordlar Kitabına düşə bilər - EKSKLÜZİV

Azərbaycan Şahmat Federasiyası rəsmisinin adı ikinci dəfə Ginnesin Rekordlar Kitabına düşə bilər - EKSKLÜZİV

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli hakim Faiq Həsənovun adı növbəti dəfə Ginnesin Rekordlar Kitabına düşə bilər.

Bu barədə "Report"a açıqlamasında 85 yaşlı mütəxəssis bildirib.

O, ilk olaraq ən uzunmüddətli hakim kimi Ginnesin Rekordlar Kitabında yer alması ilə bağlı fikirlərini bölüşüb:

"Buraya düşmək olduqca çətindir. Çünki tələblər ağırdır. O qədər suallar var ki... Onların hamısına sənədlərlə cavab verməlisən. 1969-cu ildən Azərbaycanda şahmat verilişi aparıram. Buna davam edə-edə 1964-cü ildə yarışlara ilk dəfə hakim kimi dəvət almışam. Ondan sonra bir neçə turnirlərdə də iştirak etmişəm. Ardınca Zaqafqaziya çempionatında hakimlik etmişəm. 1972-ci ildə Bakıda keçirilən SSRİ çempionatında baş hakimin köməkçisi olmuşam. Ondan sonra hakimliyə diqqət yetirdim, FIDE-nin bir çox yarışlarında iştirak etdim".

F. Həsənov ən uzunmüddətli şahmat verilişinin layihə rəhbəri və aparıcısı kimi də Ginnesin Rekordlar Kitabına düşə biləcəyini vurğulayıb:

"Buna baxış davam edir. Dünyada ən uzunmüddətli şahmat verilişi də Ginnesin Rekordlar Kitabına düşə bilər. Çünki orada ən uzunmüddətli olan 43 il davam edib. Bizdə isə dəqiq 55 ildir. Buna da baxılır. Təsdiq olunmasını gözləyirik".

Qeyd edək ki, “Guinness World Records”un rəsmisi Şeyda Subaşı ötən gün Faiq Həsənova bununla bağlı sertifikat təqdim edib.

Fərdi
Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Azərbaycan taekvondoçuları Mançesterdə Qran Pridə iştirak edəcək

Fərdi
Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Rauf Məmmədov Azərbaycan çempionatının qalibi olub

Fərdi
Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə 

Azərbaycanlı atıcıdan tarixi qələbə - son 20 ildə ilk dəfə 

Fərdi
Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərid Qayıbov növbəti dəfə yarışlarda uğur qazanmış idmançılarla görüşüb

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi “Bellator”da amerikalı ilə döyüşəcək

Azərbaycan millisinin sabiq güləşçisi “Bellator”da amerikalı ilə döyüşəcək

Fərdi
Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Böyük Dəbilqə: Bu gün Azərbaycanın 5 cüdoçusu tatamiyə çıxacaq

Fərdi
Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Azərbaycan Gimnastika Federasiyası yenidən qurulmasının 20 illiyini qeyd edir

Fərdi
Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Nazir: “İnkişaf üçün dəyişikliklərə ehtiyacımız var, amma inqilab etməyə hazırlaşmırıq”

Fərdi
Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Azərbaycanın fiqurlu konkisürəni Almatıda bürünc medal qazanıb

Fərdi
Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Şahmat üzrə Dünya Kuboku Bakıda keçiriləcək

Fərdi
Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Boks üzrə Azərbaycan çempionatının ilk mükafatçıları bəlli olub

Fərdi
Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub

Con Rassel “Formula 1” üzrə Braziliya Qran Prisinin qalibi olub