Qəbələ - Xankəndi ultramarafonunun qalibi: "Azərbaycan xalqı bizi çox gözəl qarşıladı"

Qəbələ - Xankəndi ultramarafonunun qalibi: "Azərbaycan xalqı bizi çox gözəl qarşıladı"

Azərbaycan xalqı bizi çox gözəl qarşıladı.

"QELEBE.AZ"un bölgəyə ezam olunan əməkdaşı xəbər verir ki, bunu Qəbələ - Xankəndi ultramarafonunun qalibi, türkiyəli atlet Üzeyir Söyləməz jurnalistlərə açıqlamasında deyib.

O, qızıl medal qazanması ilə bağlı təəssuratlarını bölüşüb:

"Yarış çox maraqlı keçdi. Məni növbəti həftə daha bir çətin yarış gözləyir. Azərbaycan mənim üçün önəmli olduğuna görə dəvət gələn kimi qəbul etdim. Bura gələrkən Qarabağ savaşıında canından keçən şəhidlərin məzarlarını görüb duyğulandım. Onların hər birinə rəhmət diləyirəm. İlk üç mərhələni mən, sonuncunu isə Ömər Alkanoğlu qazandı. Son gündə qısa məsafəyə qaçış idi. Çempionluğu təmin etdiyim üçün son gündə əyləndim, çempionluğu dostumla birgə paylaşmaq istədim. Xoşbəxt gəldim, ölkəmə xoşbəxt qayıdıram. Ümumi sıralamada birinciyəm. Son mərhələ stresli idi, məşq kimi keçdi. Qələbəmdən çox məmnunam".

Ü.Söyləməz yenidən Azərbaycanda bu cür yarışlara qatılmaq istədiyini bildirib:

"Növbəti mövsümlərdə daha böyük yarışların təşkil ediləcəyinə ümid edirəm. Dünya bu gözəllikləri görməlidir. Düzü, marafonun belə yüksək səviyyədə keçəcəyinə inanmırdım. Çox gözəl, təbii yerlərdir. Nə yaxşı ki, torpaqlarınızı geri qaytardınız. Növbəti mövsüm yenidən gəlməyi düşünürəm. Həmçinin daha çox adamın bu marafona qatılmasını arzu edirəm. Təşkilatçılıq çox yüksək səviyyədə idi. Azərbaycan xalqı da bizi çox yaxşı qarşıladı. Ümid edirəm ki, Azərbaycan daha yaxşı yerlərə gələr".

Fərdi
Sadio Mane dünya çempionatında oynamayacaq

Sadio Mane dünya çempionatında oynamayacaq

Fərdi
Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Azərbaycan yığmasının üzvü: “Bəzi yarışlarda qızıl medal qazanacağımı gözləyirdim”

Fərdi
Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Türkiyəli tanınmış güləşçi 5-ci dəfə dünya çempionu olub

Fərdi
Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Parisdə Fərid Qayıbovun sədrliyi ilə CİGEPS-in növbəti iclası öz işinə başlayıb

Fərdi
Şəkidə "İdman festivalı 2022" start götürüb

Şəkidə "İdman festivalı 2022" start götürüb

Fərdi
Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Azərbaycanın üç titullu taekvondoçusu millinin mundial üçün heyətinə salınmayıb

Fərdi
Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Böyük Britaniyanın tarixinə düşmüş azərbaycanlı gimnast ilk dəfə ölkəmizə gələcək

Fərdi
Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçularının adları açıqlanıb

Fərdi
Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Dünya çempionatlarında çıxış edəcək Azərbaycanın çimərlik güləşçiləri bəlli olub

Fərdi
Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Azərbaycan millisinin sabiq güləşçisi UFC ilə müqavilə imzalayacaq

Fərdi
Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Azərbaycan komandası Şahmat Olimpiadasında bürünc medal qazanıb

Fərdi
Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib

Anatoli Karpov ağır kəllə-beyin travması ilə reanimasiyaya yerləşdirilib