Azərbaycan millisinin sabiq baş məşqçisi Məşqçilər Komitəsində
Azərbaycan milli komandasının sabiq baş məşqçisi Əsgər Abdullayev AFFA-nın Məşqçilər Komitəsinə qayıdıb.
QELEBE.AZ xəbər verir ki, Abdullayev artıq komitənin tərkibinə daxil olub.
Xatırladaq ki, təcrübəli mütəxəssis Məşqçilər Komitəsini 2023-cü ilin yayında I Liqa klubu “İmişli”ni çalışdırmaq üçün tərk edib.
Abdullayev “Şəfa”, “Bakı”, “Olimpik Şüvəlan”, “Turan”, “Araz-Naxçıvan”, “Neftçi” klublarını çalışdırıb.

https://qelebe.az//uploads/photo/azerbaycan-millisinin-sabiq-bash-meshqchisi-meshqchiler-komitesinde.webp