“Araz-Naxçıvan” “Sumqayıt”la oyuna itkilərlə çıxacaq
Misli Premyer Liqasının 29-cu turunda bu gün “Sumqayıt”la qarşılaşacaq “Araz-Naxçıvan” oyuna itkilərlə çıxacaq.
Apasport.az xəbər verir ki, Naxçıvan təmsilçisinin 5 futbolçusu "Sumqayıt"la görüşü buraxacaqlar.
Miço Kuzmanoviç, Ayyub Allaş, Mustafa Əhmədzadə, Bəxtiyar Həsənalızadə və Ramin Nəsirli zədə səbəbindən bu oyunda iştirak etməyəcək.
Qeyd edək ki, “Liv Bona Dea”da keçiriləcək “Araz-Naxçıvan” – “Sumqayıt” oyunu saat 18:00-da başlayacaq.

https://qelebe.az//uploads/photo/araz-naxchivan-sumqayitla-oyuna-itkilerle-chixacaq.webp