Finalın adı bəlli olur: "Neftçi" NTD-yə qarşı
Bu gün basketbol üzrə Azərbaycan Kubokunda final cütləri bəlli olacaq.
Apasport.az xəbər verir ki, yarımfinal mərhələsinin ilk oyununda "Neftçi" NTD ilə qarşılaşacaq. Qarşılaşma saat 16:00-da start götürəcək.
Saat 19:00-da isə "Naxçıvan" "Gəncə" ilə üz-üzə gələcək. Hər iki matç Bakı İdman Sarayında baş tutacaq.
Qeyd edək ki, ötən mövsüm "Neftçi" kubokun sahibi olub.

https://qelebe.az//uploads/photo/finalin-adi-belli-olur-quotneftchiquot-ntd-ye-qarshi.webp