“Turan Tovuz” - “Qarabağ” matçının biletləri satışa çıxarılıb
Misli Premyer Liqasının 28-ci turu çərçivəsində keçiriləcək "Turan Tovuz" - "Qarabağ" oyununun biletləri satışa çıxarılıb.
QELEBE.AZ xəbər verir ki, biletləri stadionun kassasından və şəhərin mərkəzində yerləşən satış məntəqəsindən əldə edə bilərsiniz. 2 AZN-lik biletlərlə yanaşı məhdud sayda olan 5 AZN-lik VİP biletlər də satışdadır.
Oyun 28 mart tarixində, saat 19:30-da Tovuz şəhər stadionunda baş tutacaq.

https://qelebe.az//uploads/photo/turan-tovuz-qarabag-matchinin-biletleri-satisha-chixarilib.webp