Millimizin üzvü oynadı, komandası finala yüksəldi

Millimizin üzvü oynadı, komandası finala yüksəldi

Finlandiya Liqa Kubokunun yarımfinal oyunları başa çatıb.

QELEBE.AZ xəbər verir ki, Azərbaycan millisinin üzvü Ozan Can Kökçünün çıxış etdiyi “Helsinki” “KuPS”la üz-üzə gəlib. Görüş paytaxt təmsilçisinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Kökçü 46-cı dəqiqədə - hesab 1:1 olarkən meydana çıxıb. 

"Helsinki" bu qələbə ilə finala vəsiqə qazanıb. Paytaxt klubu martın 29-da finalda “İnter Turku” ilə qarşılaşacaq.