Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi müəyyənləşib
Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli olub.
"Report" xəbər verir ki, bürünc medallar uğrunda oyunda “Aznur” və “Galaxy” komandaları üz-üzə gəlib.
Bakı Tennis Akademiyasında baş tutan görüşdə hesab açılmayıb. Qalibi müəyyənləşdirmək üçün penalti zərbələrinə ehtiyac duyulub.
Burada daha dəqiq olan (3:1) "Aznur" üçüncü yeri tutub.
Qeyd edək ki, finalda "Zirə" ilə "Birbaşa Bakı" üz-üzə gələcək.
FOTO: Məhəmməd Ağayev

https://qelebe.az//uploads/photo/minifutbol-uzre-azerbaycan-chempionatinda-uchuncu-yerin-sahibi-mueyyenleshib.webp











