"Kəpəz"in futbolçuları Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşüblər

"Kəpəz"in futbolçuları Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri ilə görüşüblər

"Kəpəz"in futbolçuları Mahammadu Ba, Valdemar Almeyda, Trent Buhagiar, İlkin Qırtımov və Əli Səmədov Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri ilə görüşüblər.

"Report" xəbər verir ki, “Rasizmə qırmızı vərəqə göstər” başlığı altında keçirilən tədbirdə əsas məqsəd irqçiliyə qarşı mübarizə aparmaq olub.

Görüşdə insanların etnik mənsubiyyətinə, irqinə, xarici görünüşünə və digər xüsusiyyətlərinə, fərqlərinə görə ayrıseçkiliyə məruz qalması pislənilib. Müasir dünyamızda həyatın bütün sahələrində olduğu kimi, futbolda da irqçi davranışlara hələ də rast gəlinməsi təəssüflə qeyd olunub. Gəncə təmsilçisinin legionerləri Azərbaycanda rasizmlə üzləşmədiklərini, onlara qarşı münasibətin normal olduğunu bildiriblər.

Dəyirmi masada ADAU-da oxuyan xarici tələbələr arasında Afrika ölkələrindən də təhsil almaq üçün Gəncəyə gələnlərin olduğu diqqətə çatdırılıb. Vurğulanıb ki, onlar da multikulturalizm ənənələrinin güclü olduğu Azərbaycanda heç vaxt irqçi münasibətlə üzləşməyiblər.

Görüşdə beynəlxalq təşkilatların, o cümlədən FIFA və UEFA-nın ən yüksək səviyyədə rasizmlə mübarizə apardığı, irqçiliyə qırmızı vərəqə göstərildiyi qeyd edilib.

Futbol
"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

"Neftçi" ilə oyun "Sabah" üçün iki yubileylə əlamətdar olub

Futbol
Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Karlo Ançelotti niderlandlı baş məşqçinin nailiyyətini təkrarlayıb

Futbol
Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Azərbaycan millisinin rəqibi baş məşqçisi ilə yollarını ayıra bilər

Futbol
La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

La Liqa: "Atletiko" "Valensiya"nı məğlub edib

Futbol
Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Çexiyalı qapıçı "Qarabağ"a qarşı hər iki oyunu buraxacaq

Futbol
AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

AFFA İcraiyyə Komitəsinin qərarları bəlli olub

Futbol
Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Qvardiola “Mançester Siti” ilə müqaviləsini yeniləyib

Futbol
Avropa Liqası: "Qarabağ" Fransada "Nant" klubuna uduzub

Avropa Liqası: "Qarabağ" Fransada "Nant" klubuna uduzub

Futbol
"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

"Olimpiakos" ulduz futbolçunun transferini açıqlayıb

Futbol
UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

UEFA Çempionlar Liqasında davranışına görə PSJ-yə qarşı iş açıb

Futbol
Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Azərbaycan Premyer Liqası: Bu gün daha 2 oyun keçiriləcək

Futbol
Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”

Azərbaycan millisinin futbolçusu: “Hədəfim PSJ-də oynamaqdır”