Azərbaycan cüdoçusu: "Böyük Dəbilqə"də qazandığım gümüş medala çox ehtiyacım var idi"

Azərbaycan cüdoçusu: "Böyük Dəbilqə"də qazandığım gümüş medala çox ehtiyacım var idi"

Bu medala çox ehtiyacım var idi.

Bunu "Report"a açıqlamasında Özbəkistanın paytaxtı Daşkənddə keçirilən "Böyük Dəbilqə"də gümüş medal qazanan Azərbaycan cüdoçusu Turan Bayramov (66 kq) deyib.

22 yaşlı idmançı yarışın yüksək səviyyədə təşkil olunduğunu bildirib:

"Mən də yaxşı hazırlaşmışdım. Bəzi səbəblərə görə 5-6 aydır tam məşq edə bilmirdim. Sonuncu turnirim ötən ilin sentyabrında Zaqreb Qran-prisi olmuşdu. Orada da bürünc medal qazanmışdım. Həmin vaxtdan sonra yarışlara qatılmamışdım. İki aya yaxındır ki, məşqlərə tam start vermişəm. Məqsədim var idi, bu medalı qazanmağı çox istəyirdim. Buna ehtiyacım var idi, çünki çoxdandır güləşmirdim, "rels"dən çıxmışdım. Özümü toparlamağı bacardım".

T.Bayramov Özbəkistana qızıl mükafat üçün getdiyini söyləyib:

"Hədəfim bu idi. Düşünürəm ki, fasilədən sonra gümüş medal da qənaətbəxş nəticədir. Finaladək bütün qarşılaşmalarda tam üstünlüklə qalib gəldim. Həlledici görüşdə kobud səhv etdiyim üçün uduzdum. Rəqib də ağıllı idmançıdır və boşluqdan istifadə edərək məni əks fənddə yaxaladı. Qarşıda hansı yarışlara qatılsam, əlimdən gələni edəcəyəm. Təlim-məşq toplanışımız olacaq".

Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə"də üç idmançı ilə təmsil olunub. Balabəy Ağayev (60 kq) və Yaşar Nəcəfov (66 kq) medal qazana bilməyib.

Futbol
"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

"Çelsi" klubu 7 futbolçu ilə vidalaşmağa hazırlaşır

Futbol
Zaur Axundov: "Qarşıya 2 oyundan maksimum xal toplamağı məqsəd qoymuşdum"

Zaur Axundov: "Qarşıya 2 oyundan maksimum xal toplamağı məqsəd qoymuşdum"

Futbol
Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Əli Daeinin İrandan çıxışına qadağa qoyulub

Futbol
Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Azərbaycan Kubokunda 1/8 final mərhələsinə yekun vurulacaq

Futbol
Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Çempionlar Liqası: "Yuventus" uduzub, "Mançester Siti" azlıqda heç-heçə edib

Futbol
"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

"Bavariya" Xorvatiya millisinin üzvü ilə müqaviləni yeniləyib

Futbol
Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Kəpəz"lə qarşılaşacaq

Futbol
"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

"Neftçi"nin baş məşqçisi: "Qarabağ"la oyun çətin və ağır olacaq"

Futbol
Almaniya yığması İspaniyadan kömək istəyib

Almaniya yığması İspaniyadan kömək istəyib

Futbol
Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Azərbaycan millisi Afinaya 14 futzalçı ilə yollanır

Futbol
"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

"Qəbələ" Çexiya klubuna uduzub, "Kəpəz" heç-heçə edib

Futbol
Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"

Mirbağır İsayev: "Heç kimi söyməmişəm, sadəcə, jest etmişəm"