Zamiq Əliyev Albaniya kubokunun yarımfinalında
Albaniya kubokunda 1/4 finalın mərhələsinin oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi "Eqnatiya" "Bilis"lə qarşılaşıb.
Səfərdə 3:1 hesabı ilə qalib gələn komanda cavab matçında 2:2 hesablı heç-heçə edib.
90 dəqiqə meydanda olan Əliyev 1-ci hissədə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Eqnatiya"nın növbəti rəqibi 1/4 final mərhələsi başa çatdıqdan sonra bəlli olacaq.

https://qelebe.az//uploads/photo/zamiq-eliyev-albaniya-kubokunun-yarimfinalinda.webp