Mbappe Çempionlar Liqasında yeni uğurlara imza atıb

Mbappe Çempionlar Liqasında yeni uğurlara imza atıb

İspaniyanın "Real" klubunun futbolçusu Kilian Mbappe UEFA Çempionlar Liqasında (ÇL) yeni uğurlara imza atıb.

"QELEBE.AZ" xəbər verir ki, 26 yaşlı hücumçu buna evdə İngiltərə təmsilçisi "Mançester Siti"yə qalib gəldikləri (3:1) pley-off mərhələsinin cavab oyununda het-trik etməklə nail olub.

Fransalı forvard ÇL-də "Santyaqo Bernabeu" və "Kamp Nou" stationunda bir matçda üç qol vuran ilk oyunçu kimi tarixə düşüb. O, 2021-ci ildə PSJ-də çıxış edərkən "Barselona" ilə səfər qarşılaşmasında da bunu bacarıb.

Bundan əlavə, Mbappe Çempionlar Liqasının pley-offunda het-trik edən "Real"ın dördüncü futbolçusudur. Daha əvvəl braziliyalı Ronaldo, portuqaliyalı Kriştianu Ronaldu və fransalı Kərim Benzema bir görüşdə üç dəfə rəqib qapılarına yol tapıb.

Fransa millisinin üzvü qitənin bir nömrəli klub turnirində Xosep Qvardiolanın baş məşqçisi olduğu komandaya ən çox qol vuran iki oyunçudan biridir. Lionel Messi də onun kimi 7 dəfə fərqlənib.

Qeyd edək ki, İngiltərədə rəqibini 2:1 hesabı ilə üstələyən "Real" 1/8 finala vəsiqə qazanıb.

Futbol
Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

Yaponiya millisi DÇ-2022-dən sonra baş məşqçi ilə müqaviləni yeniləyib

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

DÇ-2022: Cənubi Koreya və Portuqaliyanın ilk “11-lik”ləri açıqlanıb

Futbol
Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

Nikolas Kanales: “Neftçi” karyeramın zirvəsi oldu”

Futbol
Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Azərbaycanın Almaniyadakı səfirliyinin müşaviri "Qarabağ"a dəstək olacaq

Futbol
“El Klasiko”da rekordlar qeydə alınıb

“El Klasiko”da rekordlar qeydə alınıb

Futbol
Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Azərbaycan millisinin sabiq oyunçusu: “Lipa”lara görə futboldan uzaqlaşmaq qərarına gəldim”

Futbol
Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəliləyib

Qurban Qurbanov dünyanın ən yaxşı baş məşqçilərinin siyahısında irəliləyib

Futbol
Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Murad Musayev: "Qərarlaşdığımız mövqeyə layiq olduğumuzu düşünürəm"

Futbol
Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Azərbaycan Premyer Liqası: “Qarabağ” “Şamaxı”ya “Qəbələ” “Sabah”a qarşı

Futbol
Pele ilə vida mərasimi başa çatıb

Pele ilə vida mərasimi başa çatıb

Futbol
"Turan Tovuz"un legioneri milliyə dəvət alıb

"Turan Tovuz"un legioneri milliyə dəvət alıb