"Real"ın futbolçusunu qırmızı vərəqə ilə cəzalandıran hakim işindən uzaqlaşdırılıb

"Real"ın futbolçusunu qırmızı vərəqə ilə cəzalandıran hakim işindən uzaqlaşdırılıb

İspaniya Kral Futbol Federasiyası (RFEF) və UEFA La Liqanın XXIV turunda "Osasuna" ilə matçda "Real"ın ingiltərəli yarımmüdafiəçisi Cud Bellinqemi qırmızı vərəqə ilə cəzalandıran hakim Luis Monteronu müvəqqəti olaraq işindən uzaqlaşdırıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

C.Bellinqem fevralın 15-də keçirilən matçın 39-cu dəqiqəsində hakimi təhqir etdiyinə görə qovulub. Matçdan sonra isə futbolçu nalayiq sözlərdən istifadə etdiyini, lakin bunların hakimə ünvanlanmadığını bildirib.

RFEF-in araşdırmasından sonra müəyyən edilib ki, sözügedən hakimin konsaltinq xidmətləri göstərən bir şirkətdə payı var. Ehtimal olunur ki, şirkətin müştəriləri arasında İspaniyanın "Atletiko", İngiltərənin "Mançester Siti" və "Aston Villa" klubları, o cümlədən Fransa təmsilçisi PSJ, həmçinn bir sıra Avropa ölkələrinin komandaları var.

Hakim araşdırma müddətində işdən kənarlaşdırılıb. Araşdırma başladıqdan sonra L.Montero şirkətlə bağlı bütün paylaşımları silib. Daha sonra şirkətin heç vaxt klublar və idman təşkilatları ilə əməkdaşlığı olmadığını vurğulayıb.

Qeyd edək ki, "Real" İspaniya çempionatının turnir cədvəlində 24 turdan sonra 51 xalla ikincidir.

Futbol
“Flamenqo” üçüncü dəfə “Libertadores” kubokunu qazanıb

“Flamenqo” üçüncü dəfə “Libertadores” kubokunu qazanıb

Futbol
Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ

Müşfiq Hüseynov: "Qarabağ" "İmarət"də meydana çıxsın, elə bilərəm ki, özüm oynamışam" - MÜSAHİBƏ

Futbol
"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

"Qarabağ"ın kapitanı "İdman ustası" fəxri adına layiq görülüb

Futbol
DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

DÇ-2022: Almaniya millisinin yekun heyəti açıqlanıb

Futbol
"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

"Gent"in baş məşqçisi: "Qarabağ" çətin və güclü rəqibdir"

Futbol
Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Veteran hücumçu: "Azərbaycan millisi ilə oyunda qələbə şansımız azdır"

Futbol
Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Emin Mahmudov Şotlandiya klubuna keçə bilər

Futbol
"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"

"Qəbələ"nin baş məşqçisi: "Məğlubiyyətimizi hərə bir cür müzakirə edir"

Futbol
Anatoli Banişevskinin xatirəsi yad olunub

Anatoli Banişevskinin xatirəsi yad olunub

Futbol
"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

"Nant"ın baş məşqçisi: "İnanıram ki, "Qarabağ" üzərində qələbə dönüş nöqtəsi olacaq"

Futbol
"Barselona" səfər oyununda "Atletiko Madrid"i məğlub edib

"Barselona" səfər oyununda "Atletiko Madrid"i məğlub edib

Futbol
DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb

DÇ-2022: Açılış oyununda 2-ci hissə başlayıb