Emin Mahmudov: "Hələlik sevinmək üçün heç nə etməmişik" - MÜSAHİBƏ

Emin Mahmudov: "Hələlik sevinmək üçün heç nə etməmişik" - MÜSAHİBƏ

"Neftçi"nin futbolçusu Emin Mahmudov "QELEBE.AZ"un suallarını cavablandırıb.

32 yaşlı yarımmüdafiəçi ötən gün "Zirə"yə qalib gəldikləri (2:1) Azərbaycan Premyer Liqasının XXII turunun oyunu və qarşıdakı hədəflər barədə danışıb. O, Azərbaycan futbolu ilə bağlı başqa aktual mövzulara da münasibət bildirib.

- İlk olaraq matç haqqında fikrinizi öyrənmək istərdik. Qarşılaşma barədə nə deyə bilərsiniz?
- Ağır oyun oldu. Meydanda çox mübarizə apardıq. Rəqibimizin bir çox matçları belə keçir. Çünki "Zirə" bərk komandadır. Amma biz sonadək döyüşdük və qələbə qazandıq.

- Görüşün əvvəlki dəqiqələrinə nisbətən sonunda daha parlaq oyun sərgiləməyinizi nə ilə əlaqələndirirsiniz?
- Düşünürəm ki, son dəqiqələrdə meydanda açıq oyun getdi. Məhz bu səbəbdən komandamız daha çox hücum etməyə başladı.

- "Zirə"nin bərabərlik qolundan sonra hamı qarşılaşmanın bu hesabla bitəcəyini təxmin edirdi. Həmin anda nə düşündünüz?
- Qapımızda top görəndən sonra az vaxt qalmışdı. Lakin istəyimiz növbəti qolu vurmaq idi. Nə olur-olsun, hamımız qələbə qazanmaq üçün hücuma getdik. Buna da nail olduq.

- "Kəpəz"lə kubok matçını da saysaq, ardıcıl üç oyunda qələbə qazanırsınız. Uğurlu seriyanı davam etdirə biləcəksiniz?
- Yalnız oyundan-oyuna fikirləşirik. Uzağı düşünmürük. Buna görə də sakit başla qarşıdakı görüşlərə yaxşı hazırlaşmaq lazımdır. Hələlik sevinmək üçün heç nə etməmişik. Sadəcə, bu seriyanı da davam etdirməyə çalışacağıq.

- Həftəsonu növbəti turun oyununda "Qarabağ"ı qəbul edəcəksiniz. Seriyanı davam etdirmək çətin olmayacaq?
- Məncə, bizi və azarkeşləri maraqlı oyun gözləyir. Daha yaxşı oynamağa çalışacağıq. Amma əsas qələbə qazanmaqdır. Meydana da məhz qalibiyyət üçün çıxacağıq.

- Son həftələrdə sanki fərqli Emin Mahmudov görürük. Oyununuzda yüksəliş olduğunu hiss edirsiniz?
- Çempionatda yaranan fasilədə fiziki hazırlığımın daha yaxşı olması üçün çox işləmişəm. Ümumiyyətlə, klubuma maksimum kömək etmək üçün çalışıram. Ötən gün də qol vurdum. Komanda yoldaşlarım yaxşı oynamağım və fərqlənməyim üçün mənə dəstək verirlər.

- Mövsümün sonunda avrokuboklara vəsiqə qazanacağınızı düşünürsünüz?
- Ölkə kubokunda da sonadək mübarizə aparmaq niyyətindəyik. Premyer Liqada yüksək pillələrdə qərarlaşan komandalarla aramızda çox böyük xal fərqi var. Bu səbəbdən hələlik hansısa yeri düşünmürük. Ən asası hər matça qalibiyyət üçün çıxırıq. Mövsüm başa çatanda hansı pillədə qərarlaşdığımızı birlikdə görəcəyik.

- Müqavilə müddətinin uzadılması ilə bağlı klubla danışıqlar olub?
- Növbəti mövsümün sonunadək sözləşmə var. Hələlik yalnız bunu deyə bilərəm.

- Növbəti mövsüm çempionatda komanda sayı artacaq və legioner limiti ləğv olunacaq. Bu barədə nə deyə bilərsiniz?
- Artıq qərarlar verilib. Biz detalların necə olacağını tam bilmirik. Bu səbədən bu barədə fikir bildirə bilməyəcəyəm.

Futbol
"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

"Kəpəz" Antalyadakı ilk yoxlama oyununda qələbə qazanıb

Futbol
Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Azərbaycan yığması bu gün Millətlər Liqasında son oyununu keçirəcək

Futbol
"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

"Barselona" "Real Madrid"i yenərək İspaniya Superkubokunun qalibi olub

Futbol
Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Fatih Terim: "Baş məşqçilik karyeramı bərpa edə bilərəm"

Futbol
2022-ci ilin simvolik komandası açıqlanıb

2022-ci ilin simvolik komandası açıqlanıb

Futbol
DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

DÇ-2022: Mundial iştirakçılarının Azərbaycan Premyer Liqasındakı təmsilçiləri

Futbol
Murad Musayev Rusiya Premyer Liqasından təkliflər alıb

Murad Musayev Rusiya Premyer Liqasından təkliflər alıb

Futbol
Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Azərbaycan kubokunda “Qarabağ”ın rəqibi müəyyənləşib

Futbol
“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

“Real Madrid” və PSJ-nin keçmiş futbolçusu Azərbaycanda çıxış edə bilər

Futbol
Sinişa Mixayloviç vəfat edib

Sinişa Mixayloviç vəfat edib

Futbol
PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

PFL-in vitse-prezidenti: "İstənilən sahədə uğurlu olmaq üçün maliyyə önəmlidir"

Futbol
DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib

DÇ-2022: Bomba şübhəsi ilə Qana yığması təxliyə edilib