Azərbaycanın qadın MMA döyüşçüsü: "Rəqibimi boğucu fəndlə təslim olmağa məcbur edəcəyimi bilirdim"

Azərbaycanın qadın MMA döyüşçüsü: "Rəqibimi boğucu fəndlə təslim olmağa məcbur edəcəyimi bilirdim"

Qarşılaşma zamanı rəqibimi boğucu fəndlə təslim olmağa məcbur edəcəyimi bilirdim.

Bunu "Report"a açıqlamasında Azərbaycanın MMA döyüşçüsü Zümrüd Quliyeva deyib.

ASED təşkilatını və “Simral” klubunu təmsil edən 18 yaşlı idmançı ötən gün Qazaxıstanda keçirilən turnirdə yerli idmançı Rusalina Mulikova ilə gərgin keçən qarşılaşmasını şərh edib:

"Məşqçilərim Simral Məmmədov və Eynulla Səmədovla hər gün məşq keçirdik. Qazaxıstandakı döyüşə hazırlaşarkən hər gün boğucu fənd üzərində işləyirdim. Qarşılaşma zamanı rəqibimi boğucu fəndlə təslim olmağa məcbur edəcəyimi bilirdim. Baxmayaraq ki, döyüşün gedişində rəqib bir anlıq üstünlüyü ələ almışdı. Amma vəziyyət sonradan xeyrimə dəyişdi və şükürlər olsun ki, qələbə qazandım".

Gənc idmançı daha əvvəl güləşə dəvət aldığını bildirib:

"Əvvəl bəzi güləş məşqçiləri məni öz komandalarında görmək istədilər. Bildirdilər ki, məni hazırlaşdırıb yığmanın heyətinə düşməyimə kömək göstərəcəklər. Lakin razılaşmadım. Hətta tanışlarım və bəzi məşqçi-müəllimlərim deyirdilər ki, MMA qadına yaraşmayan idman növüdür, bu idman növündə tanınmaq şansın azdır. Bununla belə, MMA-nı atmadığım üçün heç də peşman deyiləm".

Z.Quliyeva gələcəkdə MMA-da yeni uğurlara imza atacağına inandığını söyləyib:

"Qazaxıstandakı yarış mənim üçün yaxşı başlanğıc oldu. Kifayətlənmək niyyətində deyiləm. Məşqlərimizi Sumqayıt şəhərində yerləşən zalda davam etdiririk. Mənimlə yanaşı, bir neçə idmançı da yarışlara hazırlaşırlar. İnşallah, gələcəyim daha da yaxşı olacaq. Düşünürəm ki, MMA-da qadınlar kişilərdən daha tez tanına və qabağa gedə bilər".

Qeyd edək ki, “Octagon-69” çərçivəsində mübarizə aparan Zümrüd Quliyeva 52,2 kq çəki dərəcəsində Rusalina Mulikovanı ilk raundda məğlub edib.

Fərdi
Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Xəzər dənizində avarçəkənlərin yarışı keçiriləcək

Fərdi
Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Cüdo üzrə Azərbaycan yığmasının Avropa Kuboku üçün heyəti açıqlanıb

Fərdi
"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

"Champions Chess Tour": Şəhriyar Məmmədyarov sonuncu mərhələdə iştirak edəcək

Fərdi
Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Naxçıvanda Ümumdünya Şahmat Olimpiadası keçiriləcək

Fərdi
Vüqar Əhmədov Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşüb

Vüqar Əhmədov Beynəlxalq Kanoe Federasiyasının prezidenti ilə görüşüb

Fərdi
Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Braziliyalı MMA döyüşçüsü: "Nəriman Abbasov aqressiv idmançıdır"

Fərdi
Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Mahir Məmmədov: "Şuşadakı turniri ənənəvi etməmək hüququmuz yoxdur"

Fərdi
Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Azərbaycanda daha 3 idman federasiyası ləğv olunub

Fərdi
Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Jurnalistlər arasında şahmat yarışının mükafatçıları bəlli olub

Fərdi
AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

AMADA Türkiyə Dopinqlə Mübarizə Komissiyası ilə əməkdaşlığı genişləndirir

Fərdi
Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərid Qayıbov: “Ötən il bütün tapşırıqları yerinə yetirə bildik”

Fərdi
Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib

Stolüstü tennis üzrə ölkə kubokunda qaliblər müəyyənləşib